Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1480/2023 28.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC MMC məhkəmədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə 780.63 (yeddi yüz səksən manat altmış üç qəpik) manat əsas kredit borcu, 2.07 (iki manat yeddi qəpik) manat faiz borcu, cəmi 782.70 (yeddi yüz səksən iki manat yetmiş qəpik) manat borc və xx.xx.2019-cu il tarixli, 055A********** saylı ikinci kredit müqaviləsi üzrə 607.15 (altı yüz yeddi manat on beş qəpik) manat əsas kredit borcu, 3.09 (üç manat doqquz qəpik) manat faiz borcu, 171.34 (yüz yetmiş bir manat otuz dörd qəpik) manat cərimə borcu, cəmi 781.58 (yeddi yüz səksən bir manat əlli səkkiz qəpik) manat kredit borcu və 35.64 (otuz beş manat altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin iddia ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2049.47 manat məbləğində kredit götürmüşdür.Cavabdeh Kərimov İbadət Əjdər oğlu kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.Borclu Cavabdeh1 götürdüyü kredit borcundan xx.xx.2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə 780.63 (yeddi yüz səksən manat altmış üç qəpik) manat əsas kredit borcu, 2.07 (iki manat yeddi qəpik) manat faiz borcu, cəmi 782.70 (yeddi yüz səksən iki manat yetmiş qəpik) manat borc və xx.xx.2019-cu il tarixli, 055A********** saylı ikinci kredit müqaviləsi üzrə 607.15 (altı yüz yeddi manat on beş qəpik) manat əsas kredit borcu, 3.09 (üç manat doqquz qəpik) manat faiz borcu, 171.34 (yüz yetmiş bir manat otuz dörd qəpik) manat cərimə borcu, cəmi 781.58 (yeddi yüz səksən bir manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki. o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 2.07 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1288.04 manat məbləğində kredit götürmüşdür.Odur ki, İddiaçı QSC Cavabdeh1 banka olan xx.xx.2019-cu il tarixli, 009A********** saylı kredit razılaşması üzrə 1033.60 (min otuz üç manat altmış qəpik) manat məbləğində kredit borcu, 287.89 (iki yüz səksən yeddi manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 249.13 (iki yüz qırx doqquz manat on üç qəpik) cərimə borcu olmaqla, cəmi 1570.62 (min beş yüz yetmiş manat altmış iki qəpik) manat məbləğində borcun və 35.71 (otuz beş manat yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2049.47 manat məbləğinədə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1288.04 manat məbləğinədə kredit verilmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir. İş materiallarına əlavə edilmiş hər iki müqavilə üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Kərimov İbadət Əjdər oğlunun iddiaçı cəmiyyətə cəmi 1562.21manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Adıçəkilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh1 iddiaçı ilə arasında olan kredit müqaviləsinin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatıüsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, müqavilə üzrə 171.34 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun müqavilə üzrə 20 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qısmən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia qismən təmin edildiyindən iddia qaldırması üçün iddiaçının ödədiyi 34 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalı, ödənilmiş 1.64 manat dövlət rusumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə 780.63 (yeddi yüz səksən manat altmış üç qəpik) manat əsas kredit borcu, 2.07 (iki manat yeddi qəpik) manat faiz borcu, cəmi 782.70 (yeddi yüz səksən iki manat yetmiş qəpik) manat borc və xx.xx.2019-cu il tarixli, 055A********** saylı ikinci kredit müqaviləsi üzrə 607.15 (altı yüz yeddi manat on beş qəpik) manat əsas kredit borcu, 3.09 (üç manat doqquz qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu, cəmi 630.24 (altı yüz otuz manat iyirmi dörd qəpik) manat kredit borcu və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı QSC-ə ödənilsin. Ödənilmiş dövlət rusumuna görə 1.64 (bir manat altmış dörd) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev.
Məhkəmə qərarları › İş №2(020)-1480/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1480/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver