Məhkəmə qərarları › İş №2(020)-1481/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1481/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1481/2025 10.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh və Zamin 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı kredit müqaviləsi üzrə 1121.45 (min yüz iyirmi bir manat qırx beş qəpik) manat məbləğində əsas borc, 89.90 (səksən doqquz manat doxsan qəpik) manat faiz borcu, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1226.07 (min iki yüz iyirmi altı manat yeddi qəpik) manat borc və 32.26 (otuz iki manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 fevral 2025-ci il tarixli, KF/34534 Z saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC qarşısında öhdəlikləri tam yerinə yetirənədək Zamin durmuşdur. Kredit Müqavilələrinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilələrin 2.4.5-ci bəndinəəsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Zaminlik Müqaviləsinin 5.1-ci bəndinə görə Borcalan kredit müqaviləs®üzrə; öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, Zamin Borcalanın Borcverən; qarşısında götürdüyü bütün öhdəlikləri Borcverənin ilk tələbi ilə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC Cavabdeh və Zamin 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı kredit müqaviləsi üzrə 1121.45 manat məbləğində əsas borc, 89.90 manat faiz borcu, 14.72 manat cərimə borcu olmaqla, cəmi 1226.07 manat borcu qaytarmamışdır. Bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 21 noyabr 2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Ona görə də cavabdehlər Cavabdeh və Zamin 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı kredit müqaviləsi üzrə 1121.45 manat məbləğində əsas borc, 89.90 manat faiz borcu, 14.72 manat cərimə borcu olmaqla, cəmi 1226.07 manat borc və 32.26 manat dövlət rüsumunun tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almiş, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Kredit Müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə illik 34 % faiz olmaqla 1300 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC ilə arasında 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqavilələrinin 2.1.1-ci bəndinəəsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilələrin 2.4.5-ci bəndinəəsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı kredit müqaviləsi üzrə 1121.45 manat məbləğində əsas borc, 89.90 manat faiz borcu, 14.72 manat cərimə borcu olmaqla, cəmi 1226.07 manat borcu yaranmışdır. İşdə olan zaminlik müqaviləsindən görünür ki, 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 18 fevral 2025-ci il tarixli, KF/34534 Z saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək cavabdeh Zamin durmuşdur. Zaminlik Müqaviləsinin 5.1-ci bəndinə görə Borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, Zamin Borcalanın Borcverən; qarşısında götürdüyü bütün öhdəlikləri Borcverənin ilk tələbi ilə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş cavabdehə göndərilən məktubların sürətindən görünür ki, Cavabdehlərə qalıq borcun ödənilməsi üçün xəbərdarlıq məktubları göndərilmişdir. Lakin onlar tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-6-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32.26 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 18 fevral 2025-ci il tarixli, KF/34534 saylı kredit müqaviləsi üzrə 1121.45 manat (min yüz iyirmi bir manat qırx beş qəpik) məbləğində əsas borc, 89.90 (səksən doqquz manat doxsan qəpik) manat faiz borcu, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1226.07 (min iki yüz iyirmi altı manat yeddi qəpik) manat borc və 32.26 (otuz iki manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub Bank Olmayan Kredit Təşkilatı ”Avrasiya-Kredit” MMC -nin xeyrinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar