Məhkəmə qərarları › İş №2(040)-313/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-313/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-313/2025 14.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “3500 (üç min beş yüz) manat məbləğdə pul borcunun və 55 (əlli beş) manat dövlət rüsumunun əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat borc pulun və 55 (əlli beş) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh bir müddətdir tanıyır. 2021-ci ilin mart ayında Cavabdeh ondan 6000 (altı min) manat məbləğində pul borc istəmiş, o, cavabdehin xahişini nəzərə alaraq, cavabdehə 06 mart 2021-ci il tarixdə notarial qaydada bağlanmış borc (kredit) müqaviləsinə əsasən 6000 (altı min) manat məbləğində borc pul vermişdir. Borc müqaviləsinə əsasən, Cavabdeh həmin borc pul məbləğinin 06 mart 2022ci il tarixədək ona geri qaytarılması barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin borc məbləğindən 2500 (iki min beş yüz) manat hissəsini geri qaytarmış, lakin uzun müddət keçməsinə baxmayaraq, borcun qalan 3500 (üç min beş yüz) hissəsini bugünədək qaytarmamışdır. Hal-hazırda Cavabdeh ona 3500 (üç min beş yüz) manat məbləğində borcu mövcuddur. Pulun geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər 14 mart 2025-ci il tarixli məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə yazılı vəsatət verərək, yolunun uzaq olması və işi ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 06 mart 2021-ci ildə borcverən İddiaçı və borcalan Cavabdeh tərəfindən imzalanmış və Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən notarial qaydada təsdiq edilmiş (reyestr № 3M-176) “Kredit müqaviləsi”ndən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 6000 (altı min) manat borc pul verir, borcalan Cavabdeh aldığı borcu 06 mart 2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; -217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 6000 (altı min) manat pul verilməsi iş materiallarında olan 06 mart 2021-ci il tarixli kredit müqaviləsi ilə öz təsdiqini tapmışdır. Bununla belə, iddiaçı cavabdehin ona olan borcundan 2500 (iki min beş yüz) manat ödədiyini və hazırda cavabehin ona 3500 (üç min beş yüz) manat borcunun qaldığını bildirmişdir.Cavabdeh borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində əsas borc və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3500 (üç min beş yüz) manat məbləğdə pul borcu və iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun pul əvəzi, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar