Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1484/2023 19.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 496.55 (dörd yüz doxsan altı dollar, əlli beş sent) ABŞ dolları əsas, 523.78 (beş yüz iyirmi üç dollar, yetmiş səkkiz sent) ABŞ dolları faiz, 2384.59 (iki min üç yüz səkşəh dörd dollar əlli doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən (yetmiş dörd dollar, altı sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 3478.98 (üç min dörd yüz yetmiş səkkiz dollar doxsan səkkiz sent) və iş üzrə ödənilmiş 79.15 (yetmiş doqquz manat, on beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X4 ərizə göndərərək cavabdehlər X5, X3 və X1 qarşı borcun tutuması tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Dövriyyə vəsaitinin artırılması məqsədilə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 470004408/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra ediməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında, borcalan ilə eyni məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya ~əlavə edilmişdir). Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 119 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7441.20 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6388.14 ABŞ dolları hesablanmışdır. Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********474 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3478.98 ABŞ dolları təşkil edir. Bundan 496.55 ABŞ dolları əsas, 523.78 ABŞ dolları faiz, 2384.59 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74.06 ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, 496.55 (dörd yüz doxsan altı dollar, əlli beş sent) ABŞ dolları əsas, 523.78 (beş yüz iyirmi üç dollar, yetmiş səkkiz sent) ABŞ dolları faiz, 2384.59 (iki min üç yüz səkşəh dörd dollar əlli doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən (yetmiş dörd dollar, altı sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 3478.98 (üç min dörd yüz yetmiş səkkiz dollar doxsan səkkiz sent) və iş üzrə ödənilmiş 79.15 (yetmiş doqquz manat, on beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahatında göstərdi ki, Dəmir Bank" ASC-nin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-cı il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7700 ABŞ dolları kredit verilmişdir. İddiaçı təşkilatın xx.xx.2023-cü il tarixli iddia ərizəsindən də göründüyü kimi 3478.98 ABŞ dollan məbləğində kreditin əsas borc hissəsi 496.53 ABŞ dolları qalmışdır. Azərbaycan Respublikasının Prezidentinin Problemli kreditlərin kompensasiyasına dair müvafiq fərmanına əsasən Restrukturizasiya olunması təklif olunan kreditlər üzrə Cavabdeh əsas borcu 01 mart 2019-cu il tarixinə 844.12 manat olmuşdur. Həmin vaxtdan 4 il 6 ay 6 gün keçəndən sonra iddiaçı təşkilat cavabdehlərə qarşı 178.98 ABŞ dollan tələbinə dair İddia ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin 3478.98 ABŞ dolları məbləğində 3478.98 ABŞ dolları məbləğində kredit borcunun qaytarılması tələbinə dair iddiasından iddia müddətinin keçməsinə görə imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh Zamin gəlmədiyinə görə məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Dövriyyə vəsaitinin artırılması məqsədilə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 28 (iyirmi səkkiz) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 29.431 faiz təşkil edir. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsilə, avlıq isə 4.67 faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə borcalan Kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı acılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) ücün bu Müqavilənin 1 (bir) faiz məbləğində komissiya haqqı ödəyir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 470004408/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra ediməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında, borcalan ilə eyni məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya ~əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 119 saylı Əlavə Sazişdən görünür ki, Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 119 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7441.20 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6388.14 ABŞ dolları hesablanmışdır. Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Həmin kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim olunmuş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə SadıqovaVəfa Allahverdi oğlunun restrukturizasiya olunması təklif olunan kredit borcunun məbləği 844.12 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia Cavabdeh qarşı həmin məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsinə dair vəsatətini məhkəmə əsaslı hesab etmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müqavilənin müddəti 12 iyul 2020-ci il tarixədək uzadılmışdır. İddiaçı isə hazırkı iddia ilə 07 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da qanunda nəzərdə tutulan 3 illikiddia müddətinin keçmədiyi müəyyən edilmişdir. Ona görə də Cavabdeh nümayəndəsi və vəkilinin vəsatəti təmin edilməməlidir. Lakin məhkəmə hesab edir ki, iddia cavabdehlərdən Zamin qarşı təmin edilə bilməz . Belə ki, Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırda iddia tələbi üzrə kredit müqaviləsinin müddəti 12 iyul 2020-ci ildə ildə bitmişdir. Zaminlik müqaviləsinin müddəti isə 12 iyul 2018-ci il tarixdə bitmişdir. Ona görə də, iddia cavabdehlərdə Zamin qarşı rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kredit borcuna görə 844.12 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalı, iddia qalan hissədə rədd edilməli, dövlət rüsumu üzrə ödənilmiş 49.15 manat isə iddiaçıya aid edilməlir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kredit borcuna görə 844.12(səkkiz yüz qırx dörd manat on iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat dövlət rüsumu tutulub Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 49.15 (qırx doqquz manat on beş qəpik) manat iddiaçıya aid edilsin. İddia qalan hissədə və cavabdeh Zamin qarşı rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1484/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1484/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver