Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1485/2023 09.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cəmi borc 2964.57 ABŞ dolları bundan 909.88 ABŞ dolları əsas, 462.30 ABŞ dolları faiz, 1455.11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137.28 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 70.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin1 ilə Bank arasında 47000301/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 545/15 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3283.17 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3979.42 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Zamin2 bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********861 və **********573 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 2964.57-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu (iki min doqquz yüz altmış dörd ABŞ dolları 57 sent) ABŞ dolları təşkil edir. Bundan 909.88 (doqquz yüz doqquz ABŞ dolları 88 sent) ABŞ dolları əsas, 462.30 (dörd yüz altmış iki ABŞ dolları 30 sent) ABŞ dolları faiz, 1455.11 (bir min dörd yüz əlli beş ABŞ dolları 11 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137.28 (bir yüz otuz yeddi ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu təşkil edir. Ona görə də, cəmi borcu 2964.57 ABŞ dolları - bundan 909.88 ABŞ dolları əsas, 462.30 ABŞ dolları faiz, 1455.11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137.28 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 70.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin1 ilə Bank arasında 47000301/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh həmin krediti ödəmiş, onun banka heç bir borcu qalmamışdır. Cavabdeh krediti 24 ay müddətinə götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən müəyyən məbləği ödədikdən sonra, dolların məzənnəsində 2015-ci ilin fevral və dekabr aylarında artma müşahidə olunmuş, lakin Cavabdeh ödəmələri ödəməkdə davam edərək, cədvəldə nəzərdə tutulmuş məbləğləri ödəyib qurtarmışdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımının dayandırılması üçün heç bir səbəb yoxdur, iddiaçı öhdəliyin icra müddətinin bitməsindən 3 il keçdikdən sonra, yəni 2023-cü ilin iyun ayının 12-dən sonra məhkəməyə müraciət etmiş, üç illik iddia müddətini keçirmiş, bu vəziyyət Cavabdeh tərəfindən ödənişlər barədə sübutların məhkəməyə təqdim edilməsini mümkünsüz etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Zamin1 və Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, cavabdehlər göndərilmiş məhkəmə bildirişlərini xəbərnaməyə şəxsən imza etməklə almışlar. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər gəlmədiklərinə görə məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 545/15 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3283.17 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3979.42 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 2964.57-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu (iki min doqquz yüz altmış dörd ABŞ dolları 57 sent) ABŞ dolları təşkil edir. Bundan 909.88 (doqquz yüz doqquz ABŞ dolları 88 sent) ABŞ dolları əsas, 462.30 (dörd yüz altmış iki ABŞ dolları 30 sent) ABŞ dolları faiz, 1455.11 (bir min dörd yüz əlli beş ABŞ dolları 11 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137.28 (bir yüz otuz yeddi ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 3800 ABŞ dolları məbləğində kredit verir. Kredit müqaviləsinin 7.1-ci maddəsinə görə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazimi qaydada icra etməyən digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İşdə olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit verilərkən Zamin1 ilə Bank arasında 47000301/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış, xx.xx.2015-ci il tarixli əlavə saziş ilə kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə müraciət etməklə zaminlərə qarşı olan bir illik müddəti keçmişdir. Ona görə də iddia zaminlər Zamin1 və Zamin2 qarşı təmin edilə bilməz. Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Vəkil izahatındakı iddia müddətinin keçməyi ilə bağlı göstərdiyi dəlilləri məhkəmə əsaslı hesab etmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müqavilənin son müddəti 12 iyun 2020-ci il tarix təşkil edir. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da qanunda nəzərdə tutulan 3 illik iddia müddətinin keçmədiyi müəyyən edilmişdir. Ona görə də Cavabdeh vəkalətli nümayəndəsi və vəkilinin iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsinə dair vəsatəti təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindən görünür ki, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş səndlər məhkəməyə göndərilməsindən ötürü xx.xx.2023-cü il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Ona görə də hazırkı iddia üzrə iddia müddətinin keçmədiyi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas Cavabdeh qarşı qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh restrukturizasiya olunması təklif olunan kredit borcunun məbləği 1546.79 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1546.79 manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 35.46 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia cavabdehlər Zamin1 və Zamin2 qarşı rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1546.79 (min beş yüz qırx altı manat yetmiş doqquz qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 35.46 (otuz beş manat qırx altı qəpik) manat alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumuna görə 34.94 (otuz dörd manat doxsan dörd qəpik) manat iddiaçıya aid edilsin. İddia cavabdehlər Zamin1 və Zamin2 Zamin1 və Zamin2 qarşı rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1485/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1485/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver