Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1486/2023 03.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cəmi borcu 4567.50 (dörd min beş yüz altmış yeddi ABŞ dolları 50 sent) ABŞ dolları - bundan 1024.42 (bir min iyirmi dörd ABŞ dolları 42 sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları 05 sent) ABŞ dolları faiz, 2862.45 (iki min səkkiz yüz altmış iki ABŞ dolları 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 97.65 (doxsan yeddi Manat 65 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X1 ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə, cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 32 % dərəcəsi ilə 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 470002137/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5253.41 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4567.50 (dörd min beş yüz altmış yeddi ABŞ dolları 50 sent) ABŞ dolları təşkil edir. Bundan 1024.42 (bir min iyirmi dörd ABŞ dolları 42 sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları 05 sent) ABŞ dolları faiz, 2862.45 (iki min səkkiz yüz altmış iki ABŞ dolları 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu təşkil edir. Ona görə də, 1024.42 ABŞ dolları əsas, 534.05 ABŞ dolları faiz, 2862.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 97.65 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, cavabdehlər göndərilmiş məhkəmə bildirişlərini xəbərnaməyə şəxsən imza etməklə almışlar. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər gəlmədiklərinə görə məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə, cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 32 % dərəcəsi ilə 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.4-cü bəndinə əsasən Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 32 (otuz iki) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33.453 (otuz üc tam mində dörd vüz əlli üc) faiz təşkil edir. Kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 64 (altmış dörd) faiz dərəcəsilə, avlıq isə 5.33 (bes tam yüzdə otuz üc) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh 1024.42 (bir min iyirmi dörd ABŞ dolları 42 sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları 05 sent) ABŞ dolları faiz, 2862.45 (iki min səkkiz yüz altmış iki ABŞ dolları 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi borcu 4567.50 (dörd min beş yüz altmış yeddi ABŞ dolları 50 sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə müvafiq olaraq girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, girov saxlayanın zəruri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” İddia əsas Cavabdeh qarşı sübuta yetdiyindən ona qarşı qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 470002137/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5253.41 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi, digər cavabdeh Zamin həmin kreditə zamin durması, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində borc yaranması sübuta yetmişdir. Lakin Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə 18 ay müddətinə bağlanmış, əlavə saziş ilə xx.xx.2017-ci il tarixdə 2 il müddətinə yəni, 22 iyul 2020-ci il tarixə kimi uzadılmışdır. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə müraciət etməklə zaminə qarşı olan bir illik müddəti keçmişdir. Ona görə də iddia Zamin qarşı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 2862.45 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 30 ABŞ dolları saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1024.42 (bir min iyirmi dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları beş sent) ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1735.05 ABŞ dolları (azərbaycan manatı ekvivalentində) və iş üzrə ödənilmiş 43.35 manat dövlət rüsumu alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia cavabdeh Zamin qarşı rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1024.42 (bir min iyirmi dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları beş sent) ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1735.05 (min yeddi yüz otuz beş dollar beş sent) ABŞ dolları (azərbaycan manatı ekvivalentində) və iş üzrə ödənilmiş 43.35 (qırx üç manat otuz beş qəpik) manat dövlət rüsumu alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumuna görə 54.30 (əlli dörd manat otuz qəpik) manat iddiaçıya aid edilsin. İddia cavabdeh Zamin qarşı rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1486/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1486/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver