Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-15/2025 03.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “çöl torpaq sahələrindən çıxarmaları və maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Beyləqan rayonu Qaralılar kənd sakinləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 onun və ailə üzvlərinin mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********34, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən verilmiş 0.7941 hektar çöl torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən ona və ailə üzvlərinə qarşı törədilən maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabehlər Beyləqan rayonu Qaralılar kənd sakinləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 onun və ailə üzvlərinin mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 157 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən verilmiş 3.35 hektar çöl torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 1.65 hektarından məcburi qaydada çıxarılmaları və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən ona və ailə üzvlərinə qarşı törədilən maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər Beyləqan rayonu Qaralılar kənd sakinləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ona və ailə üzvlərinə mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********35, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən verilmiş 1.0178 hektar çöl torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 0,2378 hektarından məcburi qaydada çıxarılmaları və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən ona və ailə üzvlərinə qarşı törədilən maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda əlavə olaraq bildirmişdir ki, cavabdehlər Beyləqan rayonu Qaralılar kənd sakinləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ona və ailə üzvlərinə mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********35, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən verilmiş 1.0178 hektar çöl torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 0,2378 hektarından məcburi qaydada çıxarılmaları və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən ona və ailə üzvlərinə qarşı törədilən maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması hissəsində iddia tələbini müdafiə etmir. Belə ki, həmin torpaq sahəsi il bağlı cavabdehlərlə arasında mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onun tərəfindən iddiaçıya məsus torpaq sahəsi zəbt edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, İddiaçı onun qardaşıdır və onun ekspertiza rəyinə əsasən qətnamə qəbul edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, İddiaçı onun qardaşıdır və onun ekspertiza rəyinə əsasən qətnamə qəbul edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu Qarallar kəndində yerləşən ümumi sahəsi 0.7941ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2023-cü il tarixdə 144 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu Qarallar kəndində yerləşən ümumi sahəsi 3.35 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 26 aprel 2023-cü il tarixdə 157 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu Qarallar kəndində yerləşən ümumi sahəsi 1.0178 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2023-cü il tarixdə 144 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2025-ci il tarixli, 10/1299 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********34, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmış 0.7941 ha torpaq sahəsinin X2 X3 qeyd edilən sərhədləri naturada müəyyən edilmişdir (JN 18D saylı plan üzrə). İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 157 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmış 3.35 ha torpaq sahəsinin X2 X3 qeyd edilən 2.7373 ha (JN- 18 saylı plan üzrə) hissəsinin sərhədləri naturada müəyyən edilmişdir. JN-0018 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5.51 ha torpaq sahəsinin JN- 18 C saylı plan üzrə 3.35 ha hissəsi X2 X3 3.7373 ha olmaqla islahat sahəsi çatışmayan torpaq sahəsi kimi qeyd olunmuşdur. Eyni zamanda JN-0017 saylı Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.35 ha torpaq sahəsinin JN-17 C saylı plan üzrə 2.37 ha hissəsi X2 X3 2.17 ha olmaqla islahat sahəsi çatışmayan torpaq sahəsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinn 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş Qaydaların 2-ci bəndinə uyğun olaraq Beyləqan rayonunun Qarallar kənd inzibati dairəsi üzrə Torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihəsinə əsasən aparılan dürüstləşdirmə işləri nəticəsində qeyd olunan uyğunsuzluqlar aradan qaldırılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********35 Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 28.1.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyetr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 1.0178 ha torpaq sahəsi mübahisəli ərazidə yerləşmədiyi və ölçmə işləri zamanı iddiaçı həmin ərazidə ölçmə işlərinin aparılmasından imtina etdiyi üçün tədqiqat aparılmadığından qeyd edilən 1.0178 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********34, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmış 0.7941 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən istifadə olunur. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 157 nömrəli reyetr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış 3.35 ha torpaq sahəsinin X2 X3 qeyd edilən 2.7373 ha hissəsinin 0.63 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Cavabdehlərə məxsus torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi üst-üstə düşmür. Cavabdehlərə məxsus qonşu torpaq sahələri olan JN-0019 saylı Dövlət Aktı ilə Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.36 ha torpaq sahəsinin JN-19 C saylı plan üzrə 2.48 ha hissəsinin və JN-0017 saylı Dövlət Aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.35 ha torpaq sahəsinin JN-17 C saylı plan üzrə 2.37 ha hissəsinin X2 X3 qevd edilən 2.17 ha hissəsinin sərhədləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş planında göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan Beyləqan rayonu Qarallar kənd 0,7941 ha, 3,3 ha və 0,2378 ha torpaq sahərindən məcburi qaydada çıxarılmalarını və qanunsuz müdaxilənin qadağan edilməsini tələb edir, cavabdeh tərəf isə iddianın eksprt rəyinə uyğun təmin edilməsinə etiraz etmədiklərini bildirirlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu Qarallar kəndində yerləşən 0,7941 ha, 3,35 ha və 1,0178 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə isə müəyyən edilmişdir ki, 0,7941 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən, 3.35 ha torpaq sahəsinin 0,63 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Beyləqan rayonu Qarallar kəndində yerləşən 1,0178 ha torpaq sahəsinə ölçmə işlərinin aparılmasından iddiaçı tərəfindən imtina edildiyi üçün həmin torpaq sahəsi ilə bağlı mütəxəssilər tərəfindən tədqiqat aparılmamışdır. Məhkəmə iclasında da iddiaçı həmin hissədə iddia tələbini müdafiə etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi sonuncuların mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Məhkəmə iddiaçının digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsindən istifadə etməsi faktı müəyyən edilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın rəyi ilə də Cavabdeh1 mübahisəli torpaq sahələrini isitfadə etməsi müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********34, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmış 0.7941 ha torpaq sahəsindən çıxarılmalı və Cavabdeh3 tərəfindən İddiaçı və onun ailə üzvlərinə həmin torpaq sahəsindən istifadəyə maneələr aradan qaldırılmalı, Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 157 nömrəli reyetr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış 3.35 ha torpaq sahəsinin X2 X3 qeyd edilən 2.7373 ha hissəsinin 0.63 ha hissəsindən çıxarılmalı və Cavabdeh2 tərəfindən İddiaçı və onun ailə üzvlərinə həmin torpaq sahəsindən istifadəyə maneələr aradan qaldırılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə Cavabdeh3 alınıb İddiaçı verilməli, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın 25 manatı Cavabdeh2, 25 manatı isə Cavabdeh3 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********34, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 144 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmış 0.7941 ha torpaq sahəsindən çıxarılsın və Cavabdeh3 tərəfindən İddiaçı və onun ailə üzvlərinə həmin torpaq sahəsindən istifadəyə maneələr aradan qaldırılsın. Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu, Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 157 nömrəli reyetr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış 3.35 ha torpaq sahəsinin X2 X3 qeyd edilən 2.7373 ha hissəsinin 0.63 ha hissəsindən çıxarılsın və Cavabdeh2 tərəfindən İddiaçı və onun ailə üzvlərinə həmin torpaq sahəsindən istifadəyə maneələr aradan qaldırılsın. İddi qalan hissədə təmin edilməsin. Cavabdeh3 ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı cavabde Cavabdeh3, 25 (iyirmi beş) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-15/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-15/2025
03.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver