Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1507/2023 30.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğluun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat əsas borc, 900.91 (doqquz yüz manat doxsan bir qəpik) manat faiz borcu, cəmi 4945.15 (dörd min doqquz yüz qırx beş manat on beş qəpik) manat borcun və 69.86 (altmış doqquz manat səksən alttı qəpik) manat dövlət rüsumunun alınıb banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsindən görünür ki, "xxxx" KB ASC-yə ünvanlamış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, Borcalan xx.xx.2021 tarixli, 01U/21 saylı ümumi oferta ilə tanış olmuş və şərlərlə razılaşaraq bütün ödəlikləri vaxtlı-vaxtında, düzgün, qeydşərtsiz yerinə yetirəcəyini bildirmişdir. Belə ki, tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənir.xx.xx.2022-ci il tarixdə “Bank” borcalana, xx.xx.2025ci il tarixinədək, illik 26%lə 4000 AZN nağd kredit, borcalanın kartına isə illik 28%lə 500 AZN kredit xətti açmağı təklif edir, borcalan isə karta köçürmə təklifini qəbul edir və nəticədə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 7456nkSUMb/22 saylı müqavilə formalaşır. Cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdeh məhkəmə bildirişini `almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, Borcalan xx.xx.2021 tarixli, 01U/21 saylı ümumi oferta ilə tanış olmuş və şərlərlə razılaşaraq bütün ödəlikləri vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini bildirmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat əsas borc, 900.91 (doqquz yüz manat doxsan bir qəpik) manat faiz borcu, cəmi 4945.15 (dörd min doqquz yüz qırx beş manat on beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilməsindən iddia qaldırılması üçün iddiaçının ödədiyi 69.86 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat əsas borc, 900.91 (doqquz yüz manat doxsan bir qəpik) manat faiz borcu, cəmi 4945.15 (dörd min doqquz yüz qırx beş manat on beş qəpik) manat borcun və 69.86 (altmış doqquz manat səksən alttı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1507/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1507/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver