Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-154/2024 19.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulması qət edilmiş hər ay hər uşağa görə 175.00 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 220.00 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440.00 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş əvvəlki məhkəmə iclasında iştirak etmiş və hazırkı məhkəmə iclasına maddi imkanı olmadığından gələ bilməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş və göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuş və xx.xx.2008-ci il tarixdə Beyləqan rayon İHB-nın Yuxarı Aran kənd Ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı iki uşaqları anadan olmuşdur. İlk əvvəl cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuşdir. Beyləqan rayon məhkəməsinin 2(020)- 1275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulması qət edilmiş, lakin uşaqların hansı valideynin yanında qalması və aliment tutulmasına dair hissəsi baxılmamış qalmışdır. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı “Uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması tələbinə dair” iddia ərizəsi qismən təmin edilməklə cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt şəhərində kirayədə yaşayır, uşaqlar da onun himayəsindədirlər və Sumqayıt şəhər 14 saylı Tam Orta Məktəbdə təhsil alırlar. Özü işləmir, evdar qadındır, maddi vəziyyəti ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin qalxması və digər səbəblərdən uşaqların gündəlik maddi tələbatını lazımınca ödəyə bilmir. Ona görə də himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulması qət edilmiş hər ay hər uşağa görə 175.00 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 220.00 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440.00 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan telefonqramadan görünür ki, Cavabdeh istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh iddiaçının iddiasını qəbul etmədiyini, hər ay hər uşağa 175 manat aliment ödədiyi, maddi imlkanın aşağı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılması mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. işdə olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı qaldırdığı “Uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması tələbinə dair” iddia ərizəsi qismən təmin edilməklə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beleliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci ildə Ülvü, xx.xx.2009-cu ildə Vüsal adlı uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin 2(020)-1275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məhkəmədə Cavabdeh qarşı qaldırdığı “Uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması tələbinə dair” iddia ərizəsi qismən təmin edilməklə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı aliment tələbi ilə bağlı Şumqayıt şəhir məhkəməsinə müraciət etmiş Sumqayıt şəhər məhkəməsinin 2(060)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175.00 manat olmaqla, ümumilikdə 350.00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin həmin vaxtdan uzun bir müddət keçməmiş iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin məbləğlı razılaşmış, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh maddi vəziyyətində dəyişiklik olması, yəni onun gəlirlərinin artması müəyən edilməmişdir. Həmçinin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmçinin uşaqlara münasibətdə alimentin miqdarının artırılması səbəblərini əsaslandıra bilməmişdir. Belə bir vəziyyətdə alimentin müəyyən olunmuş miqdarının artırılması cavabdehin çətin maddi duruma düşməsinə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən məhkəmə iddianın rədd edilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)- 72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulması qət edilmiş hər ay hər uşağa görə 175.00 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 220.00 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440.00 manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-154/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-154/2024
19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver