Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1555/2023 28.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı Musa qızının vəkalətlə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Musa qızının Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Musa qızı cavabdeh X3 ona vurduğu ziyana görə 1056 (bir min əlli altı) manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 100 (bir yüz) manat, hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manat, dövlət rüsumu üçün ödənilmiş 103 (bir yüz üç) manat, cəmi 1319 (bir min üç yüz on doqquz) manat pulun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı Musa qızının vəkalətlə nümayəndəsi X4 iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı Musa qızının Beyləqan rayon Şəfəq qəsəbəsində ailə üzvlərinə məxsus olan və mülkiyyət hüquqlarını təsdiq edən KOD 607010** JN ***6 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 4.84 ha torpaq sahəsi vardır. Həmin toropaq sahəsi onun istifadəsində olmaqla, torpağın 2.60 hissəsində illik azuqəmin ödənilməsi üçün buğda əkmişdir. Həmin əkin normal bitiş vermiş, lakin inkişaf mərhələsində olan zaman həmin əkin sahəsinin yaxınlığında olan fermaya məxsus heyvanların əraziyə daxil olması nəticəsində 0.80 ha hissəsi məhv olmuşdur. Həmin ərazinin heyvanlarla qəsdən ya ehtiyatsızlıqdan məhv edilməsi barədə məlumatı yoxdur, lakin məhv olmuş əkin sahəsi fermaya yaxın olmaqla, həmin əraziyə başqa heç bir heyvan daxil ola bilməzdi. Eyni zamanda yerə baxış keçirərkən, o heyvanın izi ilə hərəkət edərək, həmin fermaya daxil oldum. İddiaçıda olan məlumata görə həmin fermanın sahibi əraziyə yaxın yerləşən “Kral” şadlıq sarayının sahibidir. Həmin heyvanları həmin fermada yaşayan və işləyən X1. Ona dəymiş ziyanın məbləğini müəyyən etmək üçün Beyləqan rayon X8 və "xxxx" MMC-yə müraciət etmişdir, mütəxəsis rəyi alındıqdan sonra 31 mart 2023-cü il tarixli 25 saylı rəylə ona dəymiş zərərin məbləği 1056 (bir min əlli altı) manat müəyyən edilmişdir. Ona görə də, Cavabdeh ona 1056 (bir min əlli altı) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (bir yüz) manat manatın, hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manat və ödənilmiş 103 (bir yüz üç) manat dövlət rüsumunun alınıb İddiaçı Musa qızıba verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatın dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, iddiaçının və onun ailə üzvlərinə mülkiyyətlərinə yaşadıqları Beylaqan rayonunun Şəfəq kənd ərazisində yerləşən torpaq sahələrindən Torpağa Mülkiyyət hüququna dair J№-0066; kod: 60701018 nömrəli Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 nömrəli qərarı ilə 4.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Məmmədova X6 rayonun Şərq qəsəbəsinin ərazisində olan 2.6 ha taxıl bitkisi (ərzaq buğdası) sahəsinin 0.80 ha hissəsinin xırdabuynuzlu heyvanlarla (qoyun) otarılmasndan dəyən ziyanın ehtimal edilən orta bazar qiymətiil dəyəri (1920x0.55)=1056 (bir min əlli altı) manat təşkil edir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Beyləqan rayon Sərq qəsəbəsində İddiaçı Musa qızının və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4.84 ha torpaq sahəsindəki torpağın 2.60 hissəsində əkilmiş buğdanın inkişaf mərhələsində olan zaman yəni, 2023-cü ilin mart ayında digər şəxs tərəfindən xırdabuynuzlu (qoyunlar) mal-qara ilə otarılması səbəbindən iddiaçıya ziyan vurulmuşdur. İddiaçıua iş üzrə alınmış ekapertiza rəyi ilə cavabehdən dəymiş ziyan 1056 (bir min əlli altı) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə müəyyən edildi ki, iddiaçıya dəymiş ziyan “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 100 (bir yüz) manat pul köçürülmüşdür. İddia təmin edildiyinə görə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (bir yüz) manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurduğu ziyana görə 1056 (bir min əlli altı) manat, qiymətləndirilmə rəyi üçün ödənilmiş 100 (bir yüz) manat, hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 103 (bir yüz üç) manat, cəmi 1319 (bir min üç yüz on doqquz) manat məbləğində pul alınıb İddiaçı Musa qızına verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1555/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1555/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver