Məhkəmə qərarları › İş №2(020)-1593/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1593/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1593/2023 15.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçıASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddaçı İddiaçıASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçıASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək cavabdehlə razılaşdığını göstərmiş ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmamasını xahiş etməmişdir Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçıASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının dövlət rüsumu kimi ödəmiş olduğu 84.89 manat pul iddiaçı "xxxx"ASC -yə geri qaytarılsın. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar