Məhkəmə qərarları › İş №2(020)-1595/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1595/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1595/2025 04.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bağırov X3 (bundan sonra - iddiaçı) Cavabdeh qarşı 2680 manat məbləğində pulun alınaraq ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təxminən 2025-ci ilin mart ayında o, Cavabdeh “Kamaz” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili almaq istəmişdir. Bununla bağlı o, Abşeron rayonunun, Masazır qəsəbəsinə gedib avtomobilə baxdıqdan sonra, 12800 manata razılaşmış və həyat yodaşı Bəsdi Bağırova 17 mart 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən “Gəncə Mall”ın daxilində yerləşən “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Cavabdeh adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 1468 1783 nömrəli kart hesabına 3000 manat pul göndərmiş, qalan 9800 manat pulu isə şəxsən Cavabdeh özünə əlbəəl vermişdir. Sonuncu isə ona etibarnamə vermişdir. 17 mart 2025-ci il tarixdə təxminən saat 16-17 radələrində o, Xırdalan qəsəbəsində yerləşən Bakı şəhər X4 İdarəsinə gedib, avtomobilin sənədlərini öz adınna dəyişdirmək istəyərkən orada məlum olmuşdur ki, sənədləri düz deyildir. Belə ki, avtomobilin yatacaq yeri sənəddə göstərilməmiş, şassisi, yəni ramasının nömrəsi və mühərrik nömrəsi sənədlərə uyğun olmamışdır. Məhz bu səbəblərdən o, avtomobili geri qaytarmaq məqsədilə Cavabdeh mobil telefon nömrəsinə zəng etmiş və ardınca Abşeron rayonu, Masazır qəsəbəsi, Ordubadi küçəsində yerləşən evinə getmişdir. Cavabdeh avtomobili qəbul etdikdən sonra 9800 manat pulu geri qaytarsa da, 3000 manat pulu həmin avtomobil satıldıqdan sonra verəcəyini demişdir. Daha sonra, sonuncu 11 iyun 2025-ci il tarixdə onun bank kartına 120 və bir neçə gündən sonra da 200 manat pul göndərmişdir. Lakin, qaalıq qalan 2680 manat pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, əvvəlki məhkəmə iclaslaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıya “Kamaz” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili 11500 manata satmışdır. Yük maşının pulunun 3000 manatını onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 1468 1783 nömrəli kart hesabına göndərsələr də, qalan məbləği əlbəəl vermişdir. Sonradan avtomobilin sənədlərində səhvlik olduğunu deyərək geri qaytarmış və o da Xirdalan qəsəbəsində yerləşən X5 İdarəsinin həyətində 11000 manat pulu ona veriş, 500 manatı isə borcuna verdiyini və qaytaracağını bdemişdir. Sonra həmin borcundan ümumilikdə 320 manatı kart vasitəsi ilə ödəmişdir. Onun hazırda iddiaçıya 180 manat borcu qalmışdır. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, 17 mart 2025-ci il tarixdə saat 13:09:11-də “Gəncə Mall”da yerləşən "xxxx" MMC-yə məxsus “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə İ....D....F.... adlı şəxsin adına olan 416973....1783 nömrəli karta 3000 (üç min) manat məbləğində pul göndərilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, 11 iyun 2025-ci il tarixdə saat 12:13-də Abşeron rayonu, Masazır qəsəbəsindən yerləşən “ALL Market”dı quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə B...Ə....C.... adlı şəxsin adına olan 416973....9935 nömrəli karta 120 (yüz iyirmi) manat məbləğində pul göndərilmişdir. Eyni zamanda iddiaçı izahatında cavabdehin ona borclu olduğu 3000 manat puldan 120 manatdan əlavə 200 manatını da geri qaytarmışdır. Beləliklə, məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının verdiyi iddia tələbinin əsaslılığı, yəni cavabdehin iddiaçıya 2680 manat məbləğində borcunun olması və həmin borcunu qaytarmaması iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzləri və məhkəmə iclasında verdiyi izahatı ilə tam sübut edilir. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin iddia ərizəsinə yazılı qaydada etiraz verməməklə, faktiki olaraq iddia tələbini mübahisələndirmədiyini də nəzərə alır. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, iddaçı cavabdehin ona avtomobilini almaq üçün vermiş olduğu puldan 2680 manatını geri qaytarmaması barədə sübutları məhkəməyə təqdim etsə də, cavabdeh həmin borc üzrə öhdəlikləri tam icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM): - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair tələb olmadığına görə rüsum iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2680 manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar