Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1607/2024 28.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 17 08 1981-cı ildə anadan olmuş, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh aralarında olan razılaşmaya əsasən 6 (altı) baş balalı qoyun və 1 (bir) baş boğaz inəyin dəyəri olan 4200 (dörd min iki yüz) manat məbləğində pulun və qiymətləndirmə rəyi uçün ödədiyi 65 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Füzuli rayonunun Dilağarda kəndində qeydiyyatda olmaqla faktiki olaraq məcburi köçkün kimi uzun illərdir Beyləqan rayonu RTS qəsəbəsində məskunlaşmış və ailəsi ilə birlikdə kənd təsəruffatı və heyvandarlıqla məşğul olaraq saxladıqları mal-qaranı satmaqla dolanırlar. 2024-cü ilin may ayının sonlarında tanışı X2 vasitəçiliyi ilə tanıdığı Cavabdeh ümumi qiyməti 4600 manat dəyirində 6 baş balalı qoyun və 1 baş boğaz inək satmışdır. Ancaq həmin vaxt Elmidar hazırda pulu olmadığını və 15 gün müddətinə 2000 manat, 1-2 ay ərzində isə qalan 2600 manat pulu verəcəyinə dair söz vermişdir. O, Elmidarı şəxsən tanımasa da dostu Vüsalı tanıdığına görə Elmidara inanmış və etibar etmişdir. Cavabdeh heyvanları maşına mindirərək aparmışdır. Aradan 15 gün keçdikdən sonra Elmidara zəng edib pulunu istəyərkən Elmidar müxtəlif bəhanələr edərək borcunu qaytarmamışdır. Hazırda cavabdehin ona 4200 manat borcu vardır. O, da məcbur qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdeh 17 08 1981-cı ildə anadan olmuş, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh aralarında olan razılaşmaya əsasən 6 (altı) baş balalı qoyun və 1 (bir) baş boğaz inəyin dəyəri olan 4200 (dörd min iki yüz) manat məbləğində pulun və qiymətləndirmə rəyi uçün ödədiyi 65 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etdi və göstərdi ki, həqiqətən də iddiaçıdan 6 baş balalı qoyun və bir baş boğaz inək almışdır. O, aldığı heyvanın pulu 1-2 aya qaytaracağına söz versə də, maddi imkanı olmadığından iddiaçıya olan borcunu ödəməmişdir. Gələcəkdə iddiaçının pulunu düzəldib ödəyəcəkdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı 2024-cü ilin may ayında Cavabdeh 6 (altı) baş balalı qoyun və 1 (bir) baş boğaz inəyi nisiyə satmış, cavabdeh heyvanın pulu olan 4200 manat pulu yaxın günlərdə iddiaçıya ödəyəcəyinə söz versə də, borcunu hazırkı günədək ödəməmişdir. İşdə olan “Paritet- M MMC-nin qiymətləndirmə rəyindən görünür ki, X1 şəxsi mülkiyyətindəki 6 baş yanı balalı ana qoyunun və bir baş boğaz inəyin analogiyasının rəy təqdim olunan dövrə region bazarında formalaşmış bazar qiyməti ilə dəyəri 4580,00 manat olacağı real hesab olunur. İddiaçı qiymətləndirmə rəyinə görə 65 manat rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında izahat verən cavabdeh iddiaçıya 4200 manat borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında işin araşdırılmış halları ilə iddia tələbi sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6 (altı) baş balalı qoyun və 1 (bir) baş boğaz inəyin dəyəri 4200 (dörd min iki yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 63 (altmış üç) manat, mütəxəsis rəyinin alınması üçün ödənilmiş 65 (altmış beş) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1607/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1607/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver