Məhkəmə qərarları › İş №2(020)-1609/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1609/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1609/2023 05.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş Fatimə və xx.xx.2013-cü ildə anadan olmuş Gülbəniz adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə 2011-ci ilin sentyabr ayında nikahlarını qeyd etdirmədən ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2012-ci ildə Fatimə və xx.xx.2013-cü ildə Gülbəniz adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 100 manat iki uşaq üçün ayda 200 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2012-ci ildə anadan olmuş Fatimə və xx.xx.2013-cü ildə anadan olmuş Gülbəniz adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. Himayəsində olan uşaqların saxlamaq üçün cavabdehin ödədiyi aliment azlıq təşkil edir və o, uşaqlarını saxlamaqda çətinlik çəkir. Uşaqlar hazırda böyümüş və onların xərclərində artımlar olmuşdur. Ona görə də Beyləqan rayon məhkəməsinin 2(020)-1079/2018 saylı 11 iyun 2018-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş Fatimə və xx.xx.2013-cü ildə anadan olmuş Gülbəniz adlı uşaqların saxlanması üçün müəyyən edilmiş hər uşaq üçün hər ay 100 manat sabit pul məbləğində alimentin həcminin artırılaraq hər ay hər uşağa 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, iddiaçıdan olan iki uşağına məhkəmə qətnaməsi əsasında hər ay 200 manat, yəni hər uşağa 100 manat aliment ödəyir. Rəsmi iş yeri yoxdur və fəhləliklə məşğul olur. Qazancı çox cüzidir və demək olar ki, aliment ödəməyə yetərli deyildir. Hazırda başqa qadınla ailə qurmuş, və azyaşlı uşaqları da vardır. Ailədə işləyən yalnız özüdür və gündəlik qazancı ilə ailəsini çətinliklə dolandırır. İddiaçının xeyrinə qət olunmuş alimenti valideynlərinin köməkliyi ilə ödəyir. Belə bir imkansızlığı şəraitində alimentin artırılması onu çox çətin bir maddi duruma düşürəcəkdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçı və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Fatimə və xx.xx.2013-cü ildə Gülbəniz adlı uşaqları anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07 mart 2017-ci ildə X2 ilə nikahlarını rəsmiləşdirmişlər. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 02 iyul 2017-ci ildə Gülşad adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon İHB-nın İmamverdilər kənd İƏDÜ nümayəndəsinin 08 iyul 2023-ci il tarixli 101 saylı arayışından görünür ki, Ədalətli X3 rayonunun İmamverdilər kəndində yaşayır və heç bir yerdə işləmir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsindan görünür ki, Cavabdeh hər ay hər uşaq üçün 100 manat iki uşaq üçün ayda 200 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2012-ci ildə anadan olmuş Fatimə və xx.xx.2013-cü ildə anadan olmuş Gülbəniz adlı uşaqlarının saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci ildə Fatimə, xx.xx.2013-cü ildə isə Gülbəniz adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsindan görünür ki, Cavabdeh hər ay hər uşaq üçün 100 manat iki uşaq üçün ayda 200 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2012-ci ildə anadan olmuş Fatimə və xx.xx.2013-cü ildə anadan olmuş Gülbəniz adlı uşaqlarının saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş həmin məbləğdə alimentlə uşaqlarını saxlanmaqda çətinlik çəkdiyini göstərərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 136 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda fərdi işlə məşğul olduğu, rəsmi iş yeri olmadığı müəyyən edildi. Bundan əlavə məhkəmədə müəyyən edildi ki, cavabdeh iddiaçıdan ayrıldıqdan sonra başqa qadınla evlənmiş, həmin nikahdan azyaşlı uşaqları vardır. Həmin uşaqlar da onun himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay hər uşağa 100 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı, cavabdehin maddi imkanı, onun himayəsində bir nəfər azyaşlı uşağın olması da nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki iki uşağın saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği dəyişdirilərək hər ay hər uşağa 150 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Beyləqan rayonunun İmamverdilər kəndində yaşayan Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş Fatimə və xx.xx.2013-cü ildə anadan olmuş Gülbəniz adlı uşaqların saxlanması üçün Beyləqan rayonunun İ Şahsevən kəndində yaşayan uşaqların anası İddiaçı ödənilən hər ay hər uşaq üçün 100 (bir yüz) manat məbləğində alimentin miqdarı dəyişdırilərək hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqlar yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 56(əlli altı) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar