Məhkəmə qərarları › İş №2(020)-1628/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1628/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1628/2023 01.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9752 manat borc pulun və 118 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, O X1 15 ildən də şox olar ki tanışlar, Cavabdeh1da onun vasitəsi ilə tanışmışlar. Digər Cavabdeh2 isə Cavabdeh1 ilə qardaşdır. Cavabdeh1 ona vacib pul lazım olduğunu bildirmiş və həmin zaman Sənan ona bildirmiş ki, əgər Mirzə pulu qaytarmasa o özü qaytaracaq. Onlara inanıb bir ilə qaytarmaq şərti ilə onlara müxtəlif vaxtlarda cəmi 13252 manat pulu Cavabdeh1 və Cavabdeh2 vermişdir. Dəfələrlə aralarında söhbət olarkən onlar pulu qaytaracaqlarına söz vermişlər. Cavabdehlər həmin puldan 1400 manat, 1500 manat və 600 manat olmaqla cəmi 3500 manat pul qaytarmışlar . O dəfələrlə cavabdehlərdən qalan pulunu tələb etmiş, lakin heç bir nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9752 manat borc pulun və 118 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən, lakin əvvəlki məhkəmə iclasında iştirak etdiyindən və iddianı qəbul etməsi barədə məhkəməyə teleqram göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Tovuz rayon Dondar Quşçu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 və Əliyev X2 rayonunun Tatalılar kəndində qeydiyyatdadırlar. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9752 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı 9752 manat qaytarmaq şərti ilə borc almışdır. Lakin cavbdehlər borcu ödəmədiyinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh1 iddiaçıdan 9752 manat borc alması iddiaçının izahatı və mülki işin məhkəmə iclasında araşdırılmış materialları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayonu, Tatalılar kəndində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9752 (doqquz min yeddi yüzəlli iki manat) manat borc pul və ödənilmiş 118(biryüz on səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Beyləqan rayonu, Tatalılar kəndində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9752 (doqquz min yeddi yüz əlli iki) manat pul və ödənilmiş 118(bir yüz on səlkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar