Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1680/2023 21.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlu İclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı 5168.21 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində göstərilən forma və məzmununa riayət edilməmişdir. Kiçik iddialara dair icraat qaydasında işlərə iddia tələbi 5000 manatdan aşağı olduqda baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti 5000 manatdan, iqtisadi mübahisələrə dair iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.Həmin Məcəllənin 284-2-ci maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. İddiaçının kiçik iddia formasında tərtib edilmiş iddia ərizəsini nəzərdən keçirərkən müəyyən edildi ki, tələb edilən məbləğ 5168.21 manat təşkil edir. Halbu ki, iddiaçının tələb etdiyi pul vəsaiti 5000 manatdan yuxarı olduğuna görə qanunun tələblərinə uyğun olaraq ümumi iddia qaydasında iddia verilməli idi. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə , həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər utaraq, Q Ə R A R A A L D İ M: "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1680/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1680/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver