Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1692/2024 03.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx xxxxxxxx 1983-cü ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, Beyləqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olan, Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən, Cavabdeh 13000 (on üç min) manat borc pulun və 123 manat məbləğində ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o Beyləqan şəhərində yaşayir. Ailəsini aylıq müəyyən qədər usta işləyərək və Azərbaycan Respublikasının Prezidentinin "Vətən müharibəsi" iştirakçısına təyin etdiyi sosial yardım alaraq dolandırır. Əvvəlcədən tanıdığı tanışı Cavabdeh onun ailəsində xəstə olduğunu, daha doğrusu uşağının xəstə olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. Belə ki, ona kömək etməsi üçün ona müraciət etmişdir. 2023-cü ilin noyabr ayının 30-u o cavabdehə 13000 manat borc pul vermişdir. Şərtlərinə görə o borcunun bir hissəsini, pulu verdiyi tarixdən bir ay sonra alacağı maaş və mükafat (dekabr ayında alacağı əmək haqqı və il sonu verilən mükafatpremya) hesabına ödəyəcəkdir, qalan hissəsini isə hər ay müəyyən miqdarda ödəyib bitirəcək və ya bankdan kredit alıb ödəyəcəyini bildirmişdir. Etibarlılıq üçün aralarında olan razılaşmanı yazılı formada etmişdilər. Cavabdeh dilindən yazılı formada iltizam verərək borcunu etiraf etmiş və borcunu geri qaytaracağı vaxtı bildirmişdir. Borclu ona borclu olduqlarını etiraf etmiş və bu aralarında yazılı formada iltizam ilə təsdiq olunmuşdur. Söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq borclu nə borcunu qaytarır, nə də ki onun cavabdehə dəfələrlə zəng etməsinə və ona olan borcunu tələb etməsinə əhəmiyyət verməmişdir. Cavabdeh hərbiçi işləyir və özü deməsinə görə aylıq qazancı 958 manat təşkil edir və onun borcunu qaytarmağa imkanı vardır. İddiaçı xx.xx.2024-cü il tarixə məhkəməyə ərizə göndərərək, borclunun borcunun tam olaraq sübuta yetirildiyini və bir daha özünü etiraf etdiyini bildirərək, onun iştirakı olmadan işə baxılmasını, qərar qəbul edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və poçt vasitəsi ilə məhkəməyə ərizə göndərərək,məhkəmə iclasına gələ bilməməsinin üzrlü sayılmasını, bundan sonra məhkəmə proseslərinə gələ bilməyəcəyini, İddiaçı iddiası ilə tam razı olduğunu və borcunu etiraf etdiyini, 13.000 (on üç) min borcun onun borcu olduğunu və o, İddiaçı ilə aralarında razılığa gəldiklərini, 13000(on üç min) manatı hissə-hissə özünü ona ödəyəcəyini bildirərək, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh tanıdığım İddiaçı borc kimi 13000( on üç min) manat pul alıram. Söz verirəm ki, borcumu bütöv olmasa da hissə-hissə tez bir zamanda ödəyib bitirəcəm. Ehtiyacım olduğu üçün bu qədər ağır məbləğin yükünü öz üzərimə götürürəm. Mənim bu borcu ödəməyə imkanım var. Ona görə ki, hərbiçi işləyirəm və 958 manat maaş alıram. İltizamı özüm anlaşıqlı vəziyyətdə olduğum halda içki və psixotrop maddələrin təsiri olmadan yazmışam. Bu gün 30 noyabr 2023-cü il həftənin 4-cü günü”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 13000 manat məbləğində borc pul vermiş olsa da, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, götürdüyü borcu iddiaçıya geri qaytarmamışdır. İddiaçı hal-hazırda cavabdehdən 13000 manat məbləğində borcun tutulmasını xahiş edir, cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13000 (on üç) manat məbləğində borc pul və ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul vəsaiti və 123 (yüz iyirmi üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1692/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1692/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver