Məhkəmə qərarları › İş №2(020)-1693/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1693/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1693/2023 05.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı Şahsevdi qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Şahsevdi qızının Cavabdeh qarşı zərər görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şahsevdi qızı məhkəmədə iddia qaldıraraq cavabdeh 01 avqust 1997-ci ildə Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat dövlət rüsumunun, ümumilikdə 3556 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Şahsevdi qızı izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, Beyləqan rayonu Əhmədli kənd sakini Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkən oğlumun şərti olaraq azadolunmasına kömək etmək adı ilə məndən 2013-cü ildə 2000 manat pulunu, 1500 manat dəyərində bir baş iri buynuzlu heyvanımı almış, lakin heç bir iş görməmişdir. Beyləqan rayon məhkəməsinin 05 noyabr 2014-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkmum olunmuşdur.Hal-hazırda Cavabdeh cəzasını şəkib qurtarmışdır, lakin onun pulunu hələdə ödəmir.Ona görə də, cavabdeh01 avqust 1997-ci ildə Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat dövlət rüsumunun, ümumilikdə 3556 manat manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahat verərək göstərdi ki, o, iddiaçının iddiasını qəbul edir. Bələ ki, o, iddiaçıya 3500 manat məbləğində pul ödəməyə razıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işin materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 05 noyabr 2014-cü il tarixli 2(020) -24/2014 saylı Hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cə\zasına məhkum edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 3500 manat zərər alınıb İddiaçı Şahsevdi qızına verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vəya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1108.3-cü bəndinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh həmin əmələ görə təqsirli bilinib, cəzalandırılmışdır. Bununla da dəymiş zərərin Cavabdeh hüquqazidd hərəkətləri ilə əlaqəsinin olması müəyyən edilmişdir. Qanunun tələblərinə görə hər cavabdeh həmin dəymiş zərərə görə məsuliyyət daşıdığından məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 avqust 1997-ci ildə Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 3500 manat cinayət nəticəsində vurulmuş zərər və iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Şahsevdi qızına verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar