Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1694/2024 10.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı MMC-nin nümayəndəsi və direktoru Elvira Gazizovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh X1 1106,25 manat əsas borc, 792 manat dəbbə pulunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 70 manat məbləğində hüquqi yardım xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı nümayəndəsi və həmin cəmiyyətin direktoru Elvira Gazizova iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh X3 mağazıya gələrək müəyyən malları almaq istədiyini bildirmişdir. Lakin kifayət qədər imkanı olmadığı üçün onunla xx.xx.2024-cü il tarixli və 01,06.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanılmış, təhvil-təslim aktı üzrə mallar ona təhvil verilmişdir. Hər iki müqavilə üzrə ümumi müqavilə qiyməti 1106,25 manat təşkil etmişdir. Ödəniş Alıcı tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavələrdə əlavə edilmiş ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməli idi. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən hər iki müqavilə üzrə ayrı-ayrılıqda cavabdehin ilk ödənişi xx.xx.2024-cü il tarixdə 127,50 manat, xx.xx.2024-cü il tarixdə isə 58.75 manat olmalı idi. Lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdehin 35 gecikdirilmiş gün üçün dəbbə pulu 182.53 manat təşkil etmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 2-ci ödənişi xx.xx.2024-cü il tarixdə 127,50 manat, xx.xx.2024-cü il tarixdə 57 manat məbləğində olmalı idi. Lakin cavabdeh tərəfindən həmin ödənişlər edilməmişdir. Buna görə də dəbbə pulu yaranmışdır. Hal-hazıra kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh artq 30 təqvim günündən artıq müddət ərzində ödəniş etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada cavabdehə pretenziya məkubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği bu günə qədər ödənilməmişdir. Malların xarab olması və qaytarılmasına dair cəmiiyyətə məlumat verilməmişdir. Ona görə də xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh X1 1106,25 manat manat əsas borc, 792 manat dəbbə pulunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 70 manat məbləğində hüquqi yardım xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli və 01,06.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanılmış, təhvil-təslim aktı üzrə üzrə mallar ona təhvil verilmişdir. Hər iki müqavilə üzrə ümumi müqavilə qiyməti 1106,25 manat (malların qiyməti 885 manat + 25% komissiya haqqı) təşkil etmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən hər iki müqavilə üzrə ayrı-ayrılıqda cavabdehin ilk ödənişi xx.xx.2024-cü il tarixdə 127,50 manat, xx.xx.2024-cü il tarixdə isə 58.75 manat olmalı idi. Müqavilənin 2.3.2-ci maddəsində göstərilir ki, ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər Alıcı tərəfindən 30 təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 (iki) dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tam tələb etmək satıcının hüququdur. Müqavilənin 3-cü bəndinə əsasən ödəniş Alıcı (cavabdeh) tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavələrdə əlavə edilmiş ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməli idi. Müqavilənin 4.1 -ci bəndinə əsasən “Bu müqavilənin 3.4-cü bəndində göstərilən ödənişlər gecikdirildikdə Alıcı gecikdirilmiş hər gün üçün Satıcıya Müqavilə məbləğinin 0.5 %-i məbləğində dəbbə pulu ödəyir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib işdə olan sənədləri tədqiq edib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Məhkəmədə cavabdehin iddiaçı təşkilatla müqavilə bağlayaraq hər ay pulunu hissi-hissə ödəmək mal götürməsi, müqavilə şərtinə əməl etməyərək iddiaçı təşkilata borclu qalması kifayət qədər sübuta yetmişdir. Ona görə də məhkəmə iddianın əsas borc üzrə təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. «Zvierzinski Polşaya qarşı» iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «Ədalətli tarazlığa» cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı təşkilat tərəfindən cavabdehin yaşayış ünvana göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilələrin qiyməti 1106,25 manat (malların qiyməti 885 manat + 25% komissiya haqqı) təşkil etmişdir. İlk ödəniş xx.xx.2024-cü il tarixdə 127,50 manat, xx.xx.2024-cü ildə 58,75 manat olmalı olduğu halda cavabdeh ödəniş etməmiş və 35 gecikdirilmiş gün üçün dəbbə pulu 182,53 manat təşkil etmişdir. 2-ci ödənişi 31,07.2024-cü il tarixdə 127,50 manat, xx.xx.2024-cü il tarixdə isə 57 manat edəməli olduğu halda ödəniş edilməmiş və 2 gecikdirilmiş gün üçün dəbbə pulu 5,53 manat təşkil etmişdir. Bu mənada məhkəmə hesab edir ki, 792 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Həmçinin cavabdehə göndərilən pretenziyada həmin məbləğ manat göstərilmişdir. Ona görə də məhkəmə cərimə borcunun 188,06 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən 40 manat dövlət rüsumu, hüquqi yardımla bağlı isə 70 manat ödənilmişdir. İddiaqismən təmin edildiyindən dövlət rüsumuna görə 30 manat, hüquqi yardımla bağlı ödənilmiş 70 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqavilələrinə əsasən 1106,25 manat manat əsas borc, 188.06 manat dəbbə pulu olmaqla cəmi 1294.31 (min iki yüz doxsan dörd manat otuz bir qəpik), ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və hüquqi yardıma görə 70 (yetmiş) manat alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1694/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1694/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver