Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1701/2024 19.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 13.180 manat və dövlət rüsumuna görə ödədiyi 132 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, əvəllər tanıdığı və yaxşı münasibətdə olduğu Beyləqan rayon sakini Cavabdeh qaynı Orucun qızıl mağazasında satıcı işləmişdir. Eyni zamanda Cavabdeh qızılları lom şəkildə alıb sonra təmir edərək mağazada satışı ilə məşğul olmuşdur. 2020-ci ildə Cavabdeh qızıl alıb satması üçün ondan ilk dəfə 11.000 manat, ikinci dəfə isə 2022-ci ilin əvvəllərində 3.000 manat borca pul almışdır. O, cavabdehə etibar etdiyindən və səmimiyyətinə inandığından ümumilikdə 14.000 manat pulu borc kimi ona vermişdir. İnqilab qazancdan ona da pul verəcəyini bildirmişdir. Lakin, İnqilab pulunu tam şəkildə geri qaytaracağına söz versə də, indiyədək ona 150 manat, 300 manat və 370 manat cəmi 820 manat pul vermişdir. Cavabdehdən qalan pulunu tələb etdikdə o, lom şəkildə qızıl tapıb ala bilmədiyini və mağazada qızıl alışının və satışının dayandığını bildirərək borcunu geri qaytara bilmədiyini bildirmişdir. Bundan sora o, xx.xx.2024-cü il tarixdə cavabdehin hərəkətləri barədə Beyləqan rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Beyləqan rayon PŞ-nin təhqiqatçısı Əli Hacıyev tərəfindən cavabdehin izahatı alınarakən Cavabdeh həqiqətən də ondan ilk öncə 11.000 manat, ikinci dəfə isə 3.000 manat məbləğində borca pul aldığını etiraf etmişdir. Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cinayət işinin balanması rədd edilmiş və ona məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Cavabdehin həqiqətə uyğun olmayan izahat verərək həmin pulu guya ona faizə verdiyini və pulu ona artıqlaması ilə qaytardığını qeyd etmişdir. Bu yalandır, cavabdeh onun borcunu qaytarmamışdır. Cavabdeh onun pulunu qaytarsaydı buna dair ondan qəbz alardı. Ona görə də, Cavabdeh 13.180 manat və dövlət rüsumuna görə ödədiyi 132 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı tanıyır, əvvəllər münasibətləri yaxşı olmuşdur. 2017-ci ildə İddiaçı 11.000 manat hissə-hissə faizlə borca pul almış, həmin pulu faizi ilə birlkidə ona geri qaytarmışdır. Həmçinin 2022-ci ilin əvvəllərində Hacıağadan 3.000 manat borca pul almışdır. Həmin borcu da faizi ilə birlikdə geri qaytarmışdır. Lakin pulu faizə götürdüyünə və pulu qaytarmasına dair onda heç bir sənəd yoxdur. Həmçinin götürdüyü borcun hansı vaxtda qaytarmasına dair aralarında razılıq olmamışdır. İddiaçı ondan polis şöbəsinə şikayət etmiş, orada verdiyi izahatında da pulunu qaytardığını qeyd etmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 03 may 2024cü il tarixli qərardan görünür ki, Beyləqan şəhəri, Ə.Şıxıniski küçəsi ev 15-də yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2022-ci il tarixdə Beyləqan rayon sakini Cavabdeh qızıl alveri etmək məqsədi ilə ondan 14 min manat pul almış, ona həmin puldan ümümilikdə 820 ( kəssiz yüz iytirmi) mant pul vermiş, bundan sonra ona həmin puldan hər hansı bir məbləğdə pul vermədiyini bildirmişdir. Cavabdeh pulunun alınıb verilməsinə köməklik edilməsini xahiş etmişdir. Həmin müraciət əsasında Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, İddiaçı 2017-ci ilin əvvəllərində pul lazım olduğu üçün İddiaçı yanına getmiş, ondan borca pul istəmiş Hacıağa ona 05 faizlə ilk öncə 11 min manat işlədiyi qızıl mağazasında vermiş, o, 2022-ci ilin əvvəllərinə kimi hər ay Hacıağaya 550 (beş yüzəlli) manat faiz ödəmişdir. 2022-ci ilin ıəvvəlləri yenədə əlavə olaraq Hacıağadan 3000 (üç min) mant faizə pul götürmüş həmin pulun faizi olaraq hər ay 150 ( yüz əlli) manat Hacıağaya pul ödəmişdir. 2023-cü ilin aprel ayından sora imkanı olmadığı üçün həmin pulu Hacıağaya ödəyə bilməmişdir. Buna görə də İddiaçı onun barəsində göstərilən məzmunda həqiətə uyğun olmayan məlumat vermişdir. Həmin materialda Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və İddiaçı pul tələbi mülki tələb olduğundan ona mülki qaydada məhkəməyə müraciət emək hüququ izah olunmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından görünür ki, Cavabdeh istər Beyləqan rayon polis şöbəsində, istəsə də məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıdan 14.000 manat borca pul götürməsini etiraf etmiş, lakin pulu faizə götürdüyünü və faizi ilə birlikdə pulu iddiaçıya qaytardığını göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Lakin Cavabdeh borcunu ödəməsi, iddiaçının həmin borcu qəbul etməsi ilə bağlı hər hansı bir sübutun olması məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh borca görə 13.180 manat və ödənilmiş 132 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 13.180 (on üç min yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 132 (yüz otuz iki) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1701/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1701/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver