Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-171/2024 07.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- X4, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 iddia ərizəsi ilə məhkəyə müraciət edərək Cavabdeh 541 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Beyləqan rayonu İ Aşıqlı kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir. Cavabdehə Cavabdeh ehtiyacı olduğu üçün 04 fevral 2020-ci il tarixdə 541 manat məbləğində borc pul vermişdir. O, cavabdehdən pulunu geri qaytarmağı tələb edəndə cavabdeh iş olmadığını və maddi imkaninın aşağı olmasını bildirərək, pulunu tez bir zamanda geri qaytaracağını bildirmişdir. Lakin cavabdeh faktiki olaraq vaxtı uzadır, telefonunu söndürür və zənglərinə cavab vermir. Hazırda cavabdeh onun borcunu geri qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul etdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddiaçı X3 541 manat pul almışdır və həmin puldan 150 manat qaytarmışdır. Hazırda qalan borcunu tam şəkildə qaytara bilmir. İddiaçıya olan borcunu hissi-hissə qaytaracağına söz verir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərdi ki, iddiaçı Oktay Piriyev onun əridir. Əri Oktay həmkəndliləri Cavabdeh 541 manat məbləğində borc pul vermişdir. Həmin puldan Toğrul onun kartına 150 manat pul göndərməsini xatırlamır. Toğrul ondan borc pul almamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh 04 fevral 2020-ci ildə X3 qaytarmaq şərti ilə borc olaraq 541 manat məbləğində pul almış və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu İ Aşıqlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Cavabdeh yaşayış yeri Beyləqan rayonu İ Aşıqlı kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 391 manat məbləğində pul alınaraq iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilmiş, cavabdeh iddiaçıdan 541 manat borc almasını və hazırda 391 manat borcu olmasını etiraf etmişdir. Həmin ödəmə qəbzi məhkəmə əsas götürərək cavabdehin iddiaçıya 391 manat borclu qalmasına dair iddiaçının izahatını məhkəmə əsas sayır.Yalnız cavabdeh 150 manat pulun iddiaçının arvadı Diləfruz Həsənovanın kart hesabına göndərməsinə dair məhkəməyə qəbz təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən yəni 391 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayonu İ Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh borca görə 391 (üç yüz doxsan bir) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb iddiaçı X6 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 391 (üç yüz doxsan bir) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X6 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-171/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-171/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver