Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1732/2023 03.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi İddiaçı2, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı pul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədləri geri qaytarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxlmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçının dövlət rüsumu kimi ödədiyi 90 manat pul özünə qaytarılsın. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfali.seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1732/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1732/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver