Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1760/2023 13.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşıdəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx xxxxxx 2000-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh 3790 manat məbləğində cinayət nəticəsində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni əsaslandıraraq izahatında göstərdi ki, Beyləqan rayonu Təzəkənd kənd sakini Cavabdeh 27 iyul 2017-ci il tarixdə saat 14-15 radələrində Beyləqan rayonu Təzəkənd kəndində yerləşən iddiaçının evinə qanunsuz daxil olaraq evdə servantın üzərindəki ağ sellofanım çərisindən 1 qramının qiyməti 70 manat olmaqla 19 qram çəkidə- 1330 manat dəyərində 750 əyarlı bir ədəd qızıl zəncir və bir ədəd qadın üçün qızıl qolbağ dəsti, bir qramının qiyməti 70 manat olmaqla, 18 qram çəkidə 750 əyarlı, dəyəri 1260 manat olan bir ədəd qızıl üzük və sırğadan ibarət qızıl dəsti, bir qramının dəyəti 75 manat olmaqla dəyəri 300 manat olan 4 qram çəkidə bir ədəd brilyant qaşlı qızıl qadın üzüyü, bir qramının dəyəri 50 manat olmaqla dəyəri 200 manat olan 4 qramlıq 583 əyarlı qızıl zəncir və klon dəsti, bir qramının dəyəri 50 manat olmaqla dəyəri 200 manat olan 4 qram çəkidə 583 əyarlı uşaq üçün qızıl zəncir və klon dəsti, bir qramının dəyəri 50 manat olmaqla 300 manat dəyərində 6 qram çəkidə 583 əyarlı bir ədəd kişi üçün qızıl üzük, bir qramının dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 qram çəkidə 583 əyarlı qadın üçün qızıl üzüyü, bir qramının dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 qram çəkidə 585 əyarlı qadın üçün qızıl üzüyü oğurlayaraq, Bakı şəhərində, Memar Əcəmi metrosu yaxınlığlında sataraq, iddiaçıya ümumilikdə 3790 manat məbləğində maddi ziyan vurmuşdur.Beyləqan rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhmum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Binəqədi rayon məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplıanmaq yolu ilə ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Hazırda Cavabdeh cəzasını çəkib qurtarmışdır, lakin iddiaçıya vurduğu ziyanı ödəməyib. Belə olan halda iddiaçı məcburiyət qarşısında qalaraq məhkəmə vasitəsi ilə pulumu almağa qərar vermişdir. Ona görə də, Cavabdeh xx xxxxxx 2000-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh 3790 manat məbləğində cinayət nəticəsində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, O, 2017-ci ilin avqust ayının sonlarında həmkəndlisi İddiaçı evindən bir ədəd qızıl sep, bir ədəd qadın qızıl qolbağı, bir ədəd qızıl üzük və sırğadan ibarət olmaqla qızıl komplekt, bir ədəd qadın qızıl üzüyü, bir ədəd klonla birlikdə qızıl sep, bir ədəd klonla birlikdə uşaq qızıl sepi və iki ədəd kişi qızıl üzüyü oğurlamışdır. Həmin qızılları Bakı şəhərində 2000 manata satmışdır. Bununla bağlı Beyləqan rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadlıqdan yeni çıxmışdır, maddi imkanı olmadığından pulu qaytarmamışdır. Hazırda qalan ziyanı tam şəkildə qaytara bilmir. İddiaçıya olan borcunu hissi-hissə qaytaracağına söz verir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyinb şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 27 iyul 2017-ci il tarixdə saat 14-15 radələrində Beyləqan rayonu Təzəkənd kəndində yerləşən iddiaçının evinə qanunsuz daxil olaraq evdə servantın üzərindəki ağ sellofanım çərisindən 1 qramının qiyməti 70 manat olmaqla 19 qram çəkidə-1330 manat dəyərində 750 əyarlı bir ədəd qızıl zəncir və bir ədəd qadın üçün qızıl qolbağ dəsti, bir qramının qiyməti 70 manat olmaqla, 18 qram çəkidə 750 əyarlı, dəyəri 1260 manat olan bir ədəd qızıl üzük və sırğadan ibarət qızıl dəsti, bir qramının dəyəti 75 manat olmaqla dəyəri 300 manat olan 4 qram çəkidə bir ədəd brilyant qaşlı qızıl qadın üzüyü, bir qramının dəyəri 50 manat olmaqla dəyəri 200 manat olan 4 qramlıq 583 əyarlı qızıl zəncir və klon dəsti, bir qramının dəyəri 50 manat olmaqla dəyəri 200 manat olan 4 qram çəkidə 583 əyarlı uşaq üçün qızıl zəncir və klon dəsti, bir qramının dəyəri 50 manat olmaqla 300 manat dəyərində 6 qram çəkidə 583 əyarlı bir ədəd kişi üçün qızıl üzük, bir qramının dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 qram çəkidə 583 əyarlı qadın üçün qızıl üzüyü, bir qramının dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 qram çəkidə 585 əyarlı qadın üçün qızıl üzüyü oğurlayaraq, Bakı şəhərində, Memar Əcəmi metrosu yaxınlığlında sataraq, iddiaçıya ümumilikdə 3790 manat məbləğində maddi ziyan vurmuşdur.Beyləqan rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhmum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5ci maddələrinə əsasən Binəqədi rayon məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplıanmaq yolu ilə ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli l(020)-51/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhmum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5ci maddələrinə əsasən Binəqədi rayon məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplıanmaq yolu ilə ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhkum edilmişdir. Belə olan halda məhkəmə hesa edir ki, iddia təmin edilməli, Cavabdeh 3790 manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 59 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adıçəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmas ıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən vurulmuş ziyana görə 3790 manat pul ondan alınıb iddiaçıya verilməlidir. İddia təmin edildiyindən İddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2000-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh 3790(üç min yeddi yüz doxsan) manat məbləğində cinayət nəticəsində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 59 (əlli doqquz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1760/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1760/2023
13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver