Məhkəmə qərarları › İş №2(020)-1765/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1765/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1765/2023 09.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- X1 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 1800 manat borcunun, dövlət rüsumu kimi ödənilmiş 33 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonunda yaşayır, cavabdehlər X5, Cavabdeh2 ilə yaxşı münasibətləri olmuşdur. Bu səbəbdən də cavabdehlərlə aralarında olan razılaşmaya əsasən o, öz adına Kapital Bankdan 5350 manat kredit götürmüş və həmin vaxt köhnə banka olan borcunu ödəmiş və yerdə 4.000 manat 35 ay müddətinə kredit götürmüş və həmin pulun 2800 manatını cavabdehlərə vermişdir. Kreditin 2800 mantını və 27 faizini onlar ödəməli qalan 1200 manatı və fazini isə özü ödəməli idi. Hazırda cavabdehlərin ona 2800 manat və həmin pulun 27 faizi qədər borcu vardır. Beləliklə ümumi olaraq cavabdehlərin ona 4000 manat borcu qalmışdır. Cavabdehlərlə aralarında pulun onlara aid hissəsini ödəmələrini öz öhdələrinə götürmələri barədə razılaşmışlar və bu barədə şənədləşma aparılmışdır. Cavabdehlərdən kredit və faizini alaraq "xxxx" ASC-nin Beyləqan filialına olan borcunu dərhal ödəyərək bağlayacaqdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 1800 manat borcunun, dövlət rüsumu kimi ödənilmiş 33 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli qəbzdən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Nəzərov X4 Gözəl Fərahim qızı 2022-ci ilin mart ayında İddiaçı Kapitalbankdan götürdüyü pulun 2840 manatını aldığını 35 ay 114 manat aylıq ödəyəcəyini öhdəsinə götürdüyünü qeyd etmiş, aktı və qəbzi imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 Fərahim qızı 2022-ci ilin mart ayında İddiaçı Kapitalbankdan götürdüyü puldan 2840 manatını götürüb 35 ay olmaqla hər ay 114 manat aylıq pul ödəyəcəklərini öhdələrinə götürmüşlər, lakin krediti ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Adı çəkilən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borc sənədinin iddiaçıda olması cavabdehlər tərəfindən borcun qaytarılmaması qənaətinə gəlməsinə əsas verir. Ona görə də, məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 1800 manat pul və dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınıb un alınıb X2 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 1800 manat pul və dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınıb un alınıb X2 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar