Məhkəmə qərarları › İş №2(020)-1777/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1777/2024

06.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1777/2024 06.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın saxlanılması üçün alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh himayəsində olan xx.xx.2012ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 235 manat müəyyən edilməsi, habelə mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə evlənib rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə Zinyət adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmışlar. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən himayəsində olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ayda 175 manat aliment müəyyən edilmişdir. Cavabdeh himayəsində olan uşağına maddi cəhətdən köməklik etmir. Uşağı böyümüş və gündəlik təlabatları artmaqdadır. Cavabdeh uşağı ilə maraqlanmamışdır. Cavabdehdehin ona ödədiyi 175 manatla uşağının saxlanması mümkün deyildir. Cavabdeh ayda 280 manat təqaü alır. Ona görə də Cavabdeh himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 235 manat müəyyən edilməsi, habelə mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, oğlu Raufun İddiaçı ilə birgə nikahlarından Zinyət adlı uşaqları doğulmuşdur. Esmira oğluna xəyanət etdiyindən onlar ayrılmışlar. Oğlu ruhi xəstədir və 180 manat pensiya alır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən oğlu Rauf fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. Oğlu Raufu onlar saxlayır və Raufun başqa heç bir qazancı yoxdur. Heç yerdə işləmir və işləmək qabiliyyəti də yoxdur. Alimentin miqdarının artırılması üçün heç bir əsas olmadığına görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə Zinyət adlı övladları anadan olmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3974 /2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 15 aprel 2013-cü ci tarixdə Beyləqan rayon Öranqala qəsəbə İcra Nümayəndəliyində bağlanmış 12 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan 30 dekabr 2012-ci il təvəllüdlü X3 adlı uşaqlarının anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 30 dekabr 2012-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarına 29 oktyabr 2021-ci ildə xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. Beleliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə cavabdeh X1 birgə nikahından xx.xx.2012-ci ildə Zinyət adlı övladları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3974 /2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 15 aprel 2013-cü il tarixdə Beyləqan rayon Öranqala qəsəbə İcra Nümayəndəliyində bağlanmış 12 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan 30 dekabr 2012-ci il təvəllüdlü X3 adlı uşaqlarının anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 30 dekabr 2012-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ilə İddiaçı nikahlarına 29 oktyabr 2021-ci ildə xitam verilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyümMürsəldir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3974 /2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 30 dekabr 2012-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı alimentin miqdarının artırılmasına dair iddia qaldırsa da, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdeh hazırda heç yerdə işləmir, nümayəndəsi olan anası cavabdehin yalnız 180 manat pensiya aldığını, cavabdehin xəstə olduğunu və əmək qabiliyyətinin olmadığını göstərmişdir. Məhkəməyə təqdim edilən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. Onun əlavə gəlirlərinin olması müəyyən olunmamışdır. Beləliklə məhkəmə qətnaməsinə əsasən aliment qət olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması, yəni gəlirlərinin artması öz təsdiqini tapmamışdır. Belə olan halda cavabdehə qarşı qət olunmuş alimentin miqdarının artırılması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmMürsəldir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, əksinə cavabdehin xəstə və maddi cəhətdən imkansız vəziyyətdə olması sübuta yetdiyindən məhkəmə iddianın rədd edilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 235 manat müəyyən edilməsi və mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar