Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1825/2023 12.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı üçün ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı alqı-satqı üçün ödənilmiş pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə əsasən öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməli, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin hazırki iddia ərizəsinə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, yəni lazımı sübutları iddia ərizəsinə əlavə etməmiş, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməmiş, eyni zamanda cavabdehin şəxsiyyətini təsdiq edən sənəd iddia ərizəsinə müvafiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı alqı-satqı üçün ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1825/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1825/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver