Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1862/2023 27.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh 800 manat məbləğində borcun, mənəvi zərərə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o, saçında problem olması ilə bağlı protez saş axdarmış və 2023-cü ilin yanvar ayında instaqram sosial şəbəkəsində “protez saş by ülvi” səhivəsi ilə qarşılaşmışdır.qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlamış və Cavabdeh protez saçı sifarişlə gətirdiyini və qiymətinin 800 manat olduğunu bildirmişdir və onlar razılaşmışlar. Cavabdeh verdiyi "Leo Bank” ASC-yə aid bank kartının hesabına anasına məxsus kartdan 400 manat məbləğində pul köçürmüşdür. Bundan sonra cavabdeh ondan ölçüləri almış və bir aydan sonra protezin hazır olacağını bildirmişdir. Bir ay sonra cavabdehlə əlaqə saxlamış və cavabdeh protezin gətirildiyini, lakin gömrükdən götürmək üçün pul lazım olduğunu demişdir. O, terminal vasitəsilə cavabdehin verdiyi bank kartı hesab nömrəsinə 400 manat məbləğində pul köçürmüşdür.Cavabdehlə əlaqə saxlayaraq protezin ölçüsünün düzgün göndərilmədiyini, dəyişib iki həftə sonra sonra gətirə biləcəyini demişdir. O, iki həftə sonra cavabdehlə əlaqə saxlamış, cavabdeh protezi verməmiş və müxtəlif bəhanələr gətirmişdir, pulu geri qaytarmasını tələb etdikdə uzun müddət qaytarmaqdan yayınmışdır. Cavabdehin onu aldatdığını və pulu mənimsədiyini görərək Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir, Abşeron rayon Polis İdarəsinin Tədqiqat Şöbəsi tərəfindən 20 iyul 2023-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır və mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququmun olması bildirilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və bir qəpikdə olsun pul qaytarmamışdır. Cavabdeh borclu olduğu pulu dəfələrlə ona geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də, Cavabdeh 800 manat məbləğində borcun, mənəvi zərərə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımov X1 rayon 1-ci Şahsevən kəndində qeydiyyatdadır Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 800 manat məbləğində borcun, mənəvi zərərə görə 200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Hazırda borc sənədinin iddiaçıda olması cavabdeh tərəfindən borcun qaytarılmaması qənaətinə gəlməsinə əsas verir. Ona görə də, məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh borca görə 800 (səkkiz yüz) manat məbləğində borcun, mənəvi zərərə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borcun, mənəvi zərərə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Sryfullayev
Məhkəmə qərarları › İş №2(020)-1862/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1862/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver