Məhkəmə qərarları › İş №2(020)-1919/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1919/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1919/2023 21.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli 2(020)-39/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay tutulan 80 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı ildə Rasim adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli 2(020)- 39/2018 saylı qətnaməsinə əsasən ayrılmışlar. Həmin qətnaməyə əsasən Rasimin saxlanması üçün onun xeyrinə 80 manat aliment qət edilmişdir. Hazırda uşağı onun yanında yaşayır. Uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ona ödədiyi 80 manatla hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşağını saxlaya bilmir. Özü işləsə də, aldığı əmək haqqı çox azdır. Uşağın səkkiz yaşı var və məktəbə gedir. Uşağının xərclərində artırılma vardır. Odur ki, Beyləqan rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli 2(020)-39/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay tutulan 80 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə ayrıldıqdan sonra başqa qadınla ailə qurmuş və həmin nikahdan iki uşaqları vardır. O, uşağını saxlamaq üçün hər ay aliment ödəyir. Alimenti vaxtında və artıq məbləğdə, yəni hər ay 100 manat ödəyir. Onun özündən başqa himayəsində anası, iki uşağı və arvadı vardır. Onun artıq aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə Rasim adlı uşaqarı anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(020)-39/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuş, Cavabdeh oğlundan xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə təqdim olunmuş Beyləqan rayon İHB-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 atası ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh ilə aralarındakı nikah pozulduqdan sonra onların xx.xx.2016-cı il tarixdə anadan olmuş Rasim adlı uşağın iddiaçının yanında qalıb yaşamışdır. Beyləqan rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(020)- 39/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilən 80 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş Rasim adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay müəyyən edilmiş 80 manat alimentin miqdarı dəyişdirilərək hər ay 70 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə a rtırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqlar yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar