Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1960/2023 04.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh icarəyə götürdüyü obyektə vurduğu zərərin əvəzi olaraq 1336,75 manat ziyanın, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilmiş 105 manat, notariat xərci üçün ödənilmiş 20 manat və iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun, ümumilikdə 1501,75 manat pulun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmədə iddianı müdafiə etdi və izahatında göstərdi ki, əri X3 xx.xx.2022-ci tarixdə notariant müqavilə ilə **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə özünə məxsus ticarət obyektini cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən obyektin fors-major hadisələrindən sığortalanması eyni zamanda icarə obyektində texniki təhlükəsizlik qaydalarına riayət olunması icarəçinin vəzifəsidir. İcarəyə verilən zaman obyektə heç bir qüsur və nasazlıq olmamışdır. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra Azərbaycan qanunvericiliyinə uyğun olaraq onu təmsil etmək onun haqqı olmuşdur. Bundan sonra icarəyə verən kimi o hərəkət etmişdir. 05 avqust 2023-cü il tarixdə cavabdeh icarəyə götürdüyü obyektdən çıxmış və icarə müqaviləsinə xitam verilmişdir. O, icarəyə verilmiş obyekti təhvil götürərkən məlum olmuşdur ki, icarə müddətində obyektə böyük məbləğdə zərər dəymişdir. Belə ki, müqavilə şərtinə əməl etmədən cavabdeh obyektin döşəməsini və divara vurulmuş aqlay örtüyünü qırmışdır. Texniki təhlükəsizlik qaydalarına riayət etmədən cavabdeh obyektə normadan artıq mal yükləyərək obyektin döşəməsinə vurulan daşıyıcı milləri qırmışdır. Artıq yük vurmağa görə 20 ədəd döşəmə mili qırmışdır. Bundan başqa yük gətirdikləri maşınları obyektə yaxınlaşdırarkən texniki təklükəsizlik qaydalarına riayət etmədən hər dəfə maşını çox geri verərək obyektin divarına təmas etməsinə səbəb olmuş və nəticədə obyektin divarına vurulmuş aqlay örtüyü tamamilə qırılmışdır. Bundan başqa obyektin üzərinə kafel vurulmuş piləkəni tamamilə uçurulmuşdur. Hətta obyektin şüşələri də qırılmışdır. Cəmi ona cavabdeh tərəfindən 1336.75 manat ziyan vurulmuşdur. Ona görə də, Cavabdeh icarəyə götürdüyü obyektə vurduğu zərərin əvəzi olaraq 1336,75 manat ziyanın, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilmiş 105 manat, notariat xərci üçün ödənilmiş 20 manat və iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun, ümumilikdə 1501,75 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Çıxarışdan görünür ki, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən 0,015 ha sahəsi X2 oğlunun mülkiyyətinə verilmiş, əmlak dövlət reyestr nömrəsi **********22 olan, xx.xx.2015ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan icarə müqaviləsindən görünür ki, X3 16 fevral 2022-ci il tarixdə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən 0,015 ha torpaq sahəsində yerləşən obyekti Cavabdeh icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş X1 sürətindən görünür ki, X3 28 dekabr 2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Beyləqan rayonun 1 saylı Notariat ofisinin 20 sentaybr 2023-cü il tarixli №1096 nömrəli arayışından görünür ki Beyləqan rayonun 1 saylı Notariat ofisində 28 dekabr 2022-ci tarixdə vəfat etmiş X3 oğlunun adına vərəsəlik işi açılmışdır. İddiaçı vərəsə kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22 sentyabr 2023-cü il tarixli 72 nömrəli qiymətləndirmə rəyindən görünür ki, iddiaçı, İddiaçı xüsusi mülkiyyətində olan **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə məxsus ticarət obyektinə dəymiş ziyan 1336,75 manat təşkil edir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Çıxarışdan görünür ki, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən 0,015 ha sahəsi X2 oğlunun mülkiyyətinə verilmiş, əmlak dövlət reyestr nömrəsi **********22 olan, xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. X3 16 fevral 2022-ci il tarixdə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən 0,015 ha torpaq sahəsində yerləşən obyekti Cavabdeh icarəyə vermişdir. X3 28 dekabr 2022-ci il tarixdə ölmüşdür. Beyləqan rayonun 1 saylı Notariat ofisində 28 dekabr 2022-ci tarixdə vəfat etmiş X3 oğlunun adına vərəsəlik işi açılmışdır. İddiaçı vərəsə kimi tanınmışdır. İddiaçı xüsusi mülkiyyətində olan **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə məxsus ticarət obyektinə cavabdeh ziyan vurulmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İş materriaları ilə və məhkəmə iclasında işin araşdırılmış halları ilə cavabdehin iddiaçıya məxsus obyektə ziyan vurması sübüta yetmişdir. Ona görə də iddia təmin edilməlidir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçıya məxsus sahəsinə dəyimiş ziyan “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 105 manat pul köçürülmüşdür. İddia təmin edildiyinə görə cavabdehdən 105 manat pul alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh icarəyə götürdüyü obyektə vurduğu zərərin əvəzi olaraq 1336,75 manat ziyan, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilmiş 105 manat, notariat xərci üçün ödənilmiş 20 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə 1501,75 (bir min beş yüz bir manat yetmiş beş qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1960/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1960/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver