Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1961/2023 05.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0.1 ha həyətyani torpaqdan çıxarılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və Cavabdeh mənim xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231kv.m (0.0231 ha) hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, Beyləqan rayon Əhmədli kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışla mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir. Hazırda özünə məxsus torpaq sahəsindən istifadə edir. Lakin torpaq sahəsinin müəyyən hissəsi zəbt olunmuşdur. Bununla bağlı Beyləqan rayon Məhkəməsində X6 qarşı iddia qaldırmış, iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertlər torpaq sahəsini ölçmüşlər. Ölçü aparılarkən müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-cı il tarixli çıxarışla X5 xüsusi mülkiyyətində olan torpaq 0.32 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hazırkı Cavabdeh xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beyləqan rayonu Əhmədli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri - Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********25 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən onun xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231kv.m (0.0231 ha) hissəsi cavabdeh X9 tərəfindən deyil, mülkiyyətində olan 0.32 ha torpaq sahəsini alqı-satqı qaydasında satdığı Cavabdeh tərəfindən istifadə edilir. Bundan sonra məlum olmuşdur ki, həyətyani sahəsinə daş hasarın çəkilməsinə imkan verməyən və qeyri-qanuni müdaxilə edərək hasar çəkilişini həyata keçirilməsinə imkan verməyən Cavabdehdur. Bundan əlavə o, qeyri qanuni müdaxilə ilə bağlı cavabdehdən Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. İzahatları alındıqdan sonra cinayət işin bağlanması rədd edilmiş ona məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur. Ona görə də Cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və Cavabdeh xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231kv.m (0.0231 ha) hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, mübahisəli torpaq sahəsi onun tərəfindən zəbt edilməmidir. İş üzrə alınmış ekspertiza rəyi ilə razı deyildir. Torpaq sahəsi onun iştirakı olmadan ölçülməmişdir. O, həmin torpaq sahəsini X1mışdır. Cavabdeh torpaq sahəsinin onun tərəfindən zəbt edidiyini bildirmiş və həmin yerin boşaldılaraq daş hasar çəkməsini istəmişdir. O, öz mülkiyyətində olan torpaqdan istifadə edir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016cı il tarixli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020cı il tarixli çıxarışla 0.32 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Əskərov X4 rayon Məhkəməsində X6 qarşı daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0,1 ha həyətyanı torpaqdan çıxarılması tələbinə dair iddia qaldırmış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 10/3976 saylı ekspertiza və mütəxəssis rəyində Beyləqan rayonu Əhmədli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-cı il tarixli çıxarışla X5 xüsusi mülkiyyətində olan torpaq 0.32 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyətinə keçməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, qonşu torpaq sahəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-cı il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan 0.32 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməsi, mübahisəli ərazidə yerləşən Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.10 ha torpaq sahəsinin də yerləşdiyi ərazinin müəyyən edilməsi, Beyləqan rayonu Əhmədli kəndində yerləşən Azərbaycan Respublikası Əıiılak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri | Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********25 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231kv.m (0.0231ha) hissəsi cavabdeh X9 tərəfindən deyil, mülkiyyətində olan 0.32 ha torpaq sahəsini alqı-satqı qaydasında satdığı Cavabdeh tərəfindən istifadə edilməsi, X5 mülkiyyətində olmuş,hal-hazırda Cavabdeh məxsus torpaq sahəsi ilə iddiaçı X3 məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşməmsi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışına əsasən İddiaçı mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə X9 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020cı il tarixli çıxarışla 0.32 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Beyləqan rayonu Əhmədli kəndində yerləşən Azərbaycan Respublikası Əıiılak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri | Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********25 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231kv.m (0.0231ha) hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.24 ha torpaq sahəsinin 231kv.m (0.0231ha) hissəsindən çıxarılmaılı və cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün törədilən maneə aradan qaldırılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iddiaçının iddia tələbi kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı X7 mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. Həmçinin iddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat məbləğində pul cavabdeh X2 alınıb iddiaçı X3 verilsin. İddia qismən təmin edildiyindən 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X3 verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.24 ha torpaq sahəsinin 231kv.m (0.0231ha) hissəsindən çıxarılsın və cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün törədilən maneə aradan qaldırılsın. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat məbləğində pul Cavabdeh alınıb iddiaçı X3 verilsin. İddia təmin edildiyindən 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X3 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1961/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1961/2023
05.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver