Məhkəmə qərarları › İş №2(020)-198/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-198/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-198/2025 24.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 1.000 (bir min) manat maddi ziyanın, ziyan aktının alınması üçün ödədiyi 41 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı iddia tələbini müdafiə etdi və ərizəsini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan-Daşburun-YQK yolunun 21-ci km-də idarə etdiyi “VAZ 21074” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi "OPEL ASTRA H” minik markalı, **-EH-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomaşın idarəetməni itirərək onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə yerinə Beyləqan rayon PŞ-nin DYPŞ-nin əməkdaşı gəlmiş və hadisənin baş vermə mexanizmi araşdırılmışdır. Hadisə zamanı o, Azərbaycan Respublikası İXM-nın 327.2-ci (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyimə görə) maddəsi ilə təqsirli bilinmiş 80 manat cərimə edilmişdir. Cavabdeh isə Azərbaycan Respublikası İXM-nin 327 2 (1 1 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyinə görə) və 469.3-cü (avtonəqlıyyat vasitəsinin sahibi ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində onun avtomaşınına 2013 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan "Sərxan” avtomotoservis və ticarət firmasının xx.xx.2024-cü ıl tarixli, 104 saylı ziyan aktında öz əksini tapmışdır. Qanunun tələbinə əsasən hadisə olan vaxtı hər ikisi günah olduğundan ona dəymiş ziyanın yarı məbləği cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh ilk öncə onunla razılaşaraq sığortadan pul aldıqdan sonra ona 1.000 manat ödəyəcəyinə dair söz versə də, indiyədək sözünə əməl etməmişdir. Halbu ki, onun sığortası cavabdehin avtomaşınına dəymiş ziyanı ödəmişdir. Cavabdehdən ona dəymiş maddi ziyanı ödəməsini dəfələrlə tələb etsə də o, cavabında müxtəlif bəhanələr edərək avtomaşınına dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Cavabdeh ona dəymiş 1.000 (bir min) manat maddi ziyanın, ziyan aktının alınması üçün ödədiyi 41 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdeh xəbərnaməyə şəxsən imza etməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə hazırkı vəziyyətdə işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokladan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan-Daşburun-YQK yolunun 21-ci km-də “VAZ 21074” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nın 327.2-ci (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyimə görə) maddəsi ilə təqsirli bilinmiş 80 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokladan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan-Daşburun-YQK yolunun 21-ci km-də "OPEL ASTRA H” minik markalı, **-EH-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327 2 (1 1 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyinə görə) və 469.3-cü (avtonəqlıyyat vasitəsinin sahibi ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan “Sərxan” avtomotoservis və ticarəti firmasının 12 avqust 2024-cü il tarixli, 104 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, Yol nəqliyyat hadisəsi zamanı VAZ-21074 markalı,AZ ** BX *** dövlət qeydiyyat nişanlı, ******* mühərrik nömrəli,XTA210740X1260455 ban nömrəli, "Ağ” rəngli, 1999-ci buraxlış illi nəqliyyat vasitəsinin qabaq kapotu,qabaq sol qənədi,qabaq sol dönmə işığı, qabaq sol farası,alın şüşəsi,sol yan güzgüsü, təkər çarxı, qabaq sol yanlığı və digər hissələri güclü zərbə nəticəsində əzilərək yarasız vəziyyətə düşmüşdür. Nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 1013.00( Bir min on üç ) manat təşkil edir. Nəqliyyat vasitəsinin əvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği 1000.00 (Bir min ) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmədə müəyyən edildi ki, avtoqəzada hər iki sürücü günahkar olmuş və onlar qanuna uyğunm qaydada inzibati məsuliyyətə cəlb edilmişlər. Mütəxəsis rəyinə əsasən iddiaçıya məxsus avtomaşına dəyən ziyan 2013 manat olmuşdur. Hadisədə iddiaçı da günahkar olduğundan həmin ziyanın yarısı cavabdehdən alınıb ona ödənilməlidir. Cavabdehə dəymiş ziyan isə iddiaçıya məxsus avtomaşına ödənilən sığorta hesabına qarşılanmışdır. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ona dəymiş ziyana 1.000 (bir min) manat, ziyan aktının alınması üçün ödənilmiş 41 (qırx bir) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar