Məhkəmə qərarları › İş №2(020)-2026/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2026/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2026/2025 03.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7.200 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 92 manat olmaqla, cəmi 7.292 (yeddi min iki yüz doxsan iki) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək hərbiçi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iş yoldaşı Cavabdeh 2024-cü ilin may ayında onun yanına gələrək maddi problemlərinin olduğunu bildirib ondan 7.200 manat borc pul istəmişdir. O, cavabdehin iş yoldaşı olmaqla, ona inandığına görə həmin vaxt yanlarında olan çoxdan tanıdığı X1 vanında Cavabdeh 7.200 manat borc pul vermişdir. Cavabdeh ondan borc pulu alandan sonra problemlərini həll edib 2 ay müddətində borc aldığı pulu qaytaracağına söz vermiş və bu barədə özü sadə formada borc müqaviləsi yazıb imzalayaraq borc müqaviləsini ona vermişdir.Cavabdeh ondan borc aldığı pulu qaytaracağı müddət tamam olandan sonra onun pulu qaytarmadığını görüb ondan borc aldığı pulu qaytarmasını dəfələrlə tələb etdikdən sonra cavabdeh ona xx.xx.2024-cü il tarixdə notariat qaydasında təsdiq olumuş və ona qarşı olan iddia tələbini tam qəbul etdiyini bildirməsi barədə ərizə verib, yaxın vaxt ərzində borcu qaytaracağını bildirsə də, o, yenə verdiyi sözə əməl etməmişdir. Hazırda Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınmış, son vaxtlar isə cavabdeh onun telefon zənglərinə belə cavab verməmişdir. Bundan sonra o, Cavabdeh qevdiyyatda olduğu ünvana borclu olduğu 7.200 manat pulu qaytarması barədə xəbərdarlıq məktubu göndərsə də, cavabdeh ona göndərdiyi xəbərdarlıq məktubuna da heç bır cavab verməmişdir. Cavabdeh hazırda ona əsas borca görə 7.200 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 7.200 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 92 manat olmaqla, cəmi 7.292 (yeddi min iki yüz doxsan iki) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nzəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, Cavabdeh göndərilən məhkəmə bildirişi ailə üzvləri tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş borc müqaviləsi kimi tərtib edilmiş sənəddən görünür ki, Cavabdeh maddi cəhətdən probləri olduğundan İddiaçı 7.200 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı iddiasını qəbul etdiyini göstərmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borca görə 7.200 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 7.200 (yeddi min iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 92 (doxsan iki) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar