Məhkəmə qərarları › İş №2(020)-21/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-21/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-21/2024 23.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməməsi ilə bağlı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerlşəşən fərdi yaşayış evinə dair görülməmiş işlər üzrə 16.706,10 manatın, ödənilmiş 140 manat dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 200 manat xərcin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etmiş və göstərmişdir ki, ünvan 1 ünvanında yerlşəşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçı həmin fərdi yaşayış evini təmir etdirmək qərarına gəlmişdir. İddiaçının fərdi yaşayış evinin təmir etmək qərarının olduğunu eşidən Cavabdeh 2022-ci ilin fevral ayının əvvəli iddiaçıya zəng edərək “cox vacib iş olduğunu” bildirərək, onunla görüşmək istəmişdir. İddiaçı onun istəyini qəbul edərək, görüşmüş və cavabdehin aqlay işi ilə məşğul olduğunu, ətrafında bu işi görmək bacarağına malik ustaların, hətta karyerdə, sexlərdə isə tanışının çox olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya daşı karyerdən alacağını, boş olan sexlərin birini icarəyə götürəcəyini, özünün dediyi kimi təmirə lazım olan ölçüdə hazırlayacağını və ən azından bu işlərin 50 % aşağı başa çatacağını bildirərək, iddiaçıda özünə qarşı inam etibar yaratmışdır. Tərəflər arasında görülən işlərə görə yəni aqlay işlərini başa çatdırmaq üçün smeta xərci 28.000 manat məbləğində müəyyənləşdirilmiş və 10 mart 2022-ci il tarixində işlərin təhvil verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh üzərinə işdə heç bir qüsur olmayacağı, və görülən işləri vaxtında yerinə yetirəcəyi və işi qüsursuz təhvil verəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh ustalarla birlikdə işlərin bir qismini gördükdən sonra yenidən əlavə işlər görülməsi üçün hasara aqlay daşlarının çəkilməsi zərurəti yaranmışdır. Həmin işlərin təhvil verilməsi isə 10 may 2022-ci il tarixinə nəzərdə tutulmuşdur. Bununla da əlavə razılaşmaya görə İddiaçı tərəfindən çəkiliş etməklə 25.000 manat məbləğində cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilməklə qəbul edilmişdir. Hal-hazırda cavabdeh üzərinə götürdüyü işləri yarımçıq qoymuş, icra etməkdən boyun qaçırmışdır. Onlar aidiyyəti qurumlara şikayət edilsə də, nəticə əldə olunamışdır. Tərəflər atasında olan razılaşmaya görə cavabdeh 53.000 manat məbləğində işi görməmişdir. Bununla bağlı müstəqil mütəxəssis dəvət edilmiş, cavabdeh tərəfindən görülən işlərin smeta xərci müəyənləşdirilmiş və cavabdehin gördüyü işlərin həcmi müəyyən edilərək müvafiq smeta tərtib olunmuşdur. Mütəxəssis rəyinə əsasən aparılan hesablamalar nəticəsində ünvan 1 ünvanında yerlşəşən fərdi yaşayış evində Cavabdeh tərəfindən görülmüş işlərin dəyəri materiallarla birlikdə 36294,10 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehin 16.706,10 manat məbləğində borcu qalmışdır ki, bunu da ödəməkdən imtina etmişdir. İddiaçı isə həmin işləri başqa usta və fəhlələrə gördürmək məcburiyyətində qalaraq, cavabdehin təqsiri ucbatındən xeyli zərərə düşmüşdür. Odur ki, ünvan 1 ünvanında yerlşəşən fərdi yaşayış evinə dair görülməmiş işlər üzrə 16.706,10 manatın, ödənilmiş 140 manat dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 200 manat xərcin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Digər tərəfdən iddiaçının nümayəndəsi hazırkı məhkəməyə ərizə göndərərək vəkil kimi başqa işlərdə iştirakı ilə əlaqədar olanaq mülki işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmədə müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə artıq üçüncü məhkəmə baxışı keçirilir və işin baxılmasının təxirə salınması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin, eləcə də, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxması qanuna müvafiqdir. İş materiallarına əlavə edilmiş Hüquq torpaq məsələləri və Ekspertiza Mərkəzi MMC-ni 16 iyun 20220-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində görülmüş işlərin dəyəri materiallarla birlikdə 36294,10 (otuz altı min iki yüz doxsan dörd) manat təşkil edir. İşin obyektiv həll edilməsi üçün iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmənin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2024-cü il tarixli 3-16-16/2-10/7676 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində dair görülmüş işlərin dəyəri materiallarla birlikdə orta bazar qiymətlərinə uyğun olaraq 36294,10 (otuz altı min iki yüz doxsan dörd) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerlşəşən fərdi yaşayış evini təmir etdirmək üçün Cavabdeh ilə razılaşmışdır. İddiaçı görülən işlərə görə smeta xərci çıxarmış və cavabdehə 28.000 manat, əlavə olaraq 25.000 manat məbləğində pul vermişdir. Cavabdeh işdə heç bir qüsur olmayacağı, və görülən işləri vaxtında yerinə yetirəcəyi və işi qüsursuz təhvil verəcəyi barədə öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməyərək işlərini yarımçıq qoymuşdur. İddiaçı ərizəsində cavabdehin 53.000 manat məbləğində işi görməmədiyini qeyd etsə də, iş üzrə alınmış ekspertiza rəyindən müəyyən edilir ki, fərdi yaşayış evində dair görülmüş işlərin dəyəri materiallarla birlikdə orta bazar qiymətlərinə uyğun olaraq 36294,10 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.619.24 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəməhesab edir ki, iddiaçı öz tələbinə dair istinad etdiyi halları qismən sübuta yetirdiyindən onun iddiası qismən təmin edilməli, Cavabdeh 16.619.24 (on altı min altı yüz on doqquz manat iyirmi dörd qəpik) manat pul, dövlət rüsumuna görə 140 (yüz qırx) anat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.619.24 (on altı min altı yüz on doqquz manat iyirmi dörd qəpik) manat pul, dövlət rüsumuna görə 140 (yüz qırx) anat alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar