Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2136/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı dəymiş zərərın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsində yonca məhsulunu heyvanları ilə otararaq məhv etməsi ilə əlaqədar vurduğu 337.50 manat zərərin, Paritet-M MMC-nin hesabına ödədiyim 60 manatın və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmədə iddianı müdafiə etdi və izahatında göstərdi ki, onun Dövlət aktı ilə 0.45 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə xeyli xərc çəkərək yonca əkmişdir və sahədə yaxşı yonca məhsulu var idi. Lakin Cavabdeh xırda buynuzlu heyvanları ilə sahəsini otaraq ona zərər vurmuşdur. Aidiyyəti orqanlara müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Vurulan zərərin hesablanması ilə əlaqədar Paritet-M MMC-yə müraciət etmişdir və Paritet-M MMC-nin rəyi ilə ona 337.50 manat zərər vurulduğu müəyyən edilmişdir. Mülkiyyətində olan torpaq sahəsində olan toxumluq yonca sahəsin otarmaqla vurulmuş 337.50 manat zərərin, zərərin müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilən 60 manatın və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatın dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. İş əlavə edilmiş JN-115 KOD 60709018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarına əsasən Beyləqan rayonunun 1-ci Şahsevən kəndinin ərazisindən ərizəçi və ailə üzvlərinə 0.45 ha pay torpaq sahəsi verilmişdir. İş matriallarına əlavə edilmiş 07 iyul 2023-cü il tarixli aktan görünür ki İddiaçı 1-ci Şahsevən kəndində olan 0.45 ha torpaq sahəsinə baxış keçirilərkən həmin sahədə əkilmiş payızlıq yoncanın başdan başa xırda buynuzlu mal-qara ilə otarılması, bununla da sahəyə zərər vurulması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, iddiaçı, Beyləqan rayon 1-ci Şahsevən kəndində yaşayan İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.45 ha əkin sahəsindəki yonca ot bitkisinə bu ilin ikinci ot biçini mövsümündə digər şəxs tərəfindən xırdabuynuzlu mal-qara ilə otarılması səbəbindən istifadə edə bilmədiyinə görə əldən çıxmış faydanın (zərərin) bazar qiymətilə dəyəri 337.50 (üç yüz otuz yeddi manat əlli qəpik) manat təşkil edir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Beyləqan rayon 1-ci Şahsevən kəndində yaşayan İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.45 ha torpaq sahəsindəki məhsuldar yonca s ot bitkisinə bu ilin ikinci ot biçini mövsümündə digər şəxs tərəfindən xırdabuynuzlu mal-qara ilə otarılması səbəbindən iddiaçıya zərər vurulmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zərər və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İş materriaları ilə və məhkəmə iclasında işin araşdırılmış halları ilə cavabdehin iddiaçıya məxsus yonca sahəsində xırda buynuzdu mal-qara otarıb, iddiaçıya zərər vurması sübüta yetmişdir. Ona görə də iddia 337.50 (üç yüz otuz yeddi manat əlli qəpik) manat zərər tələbinə dair təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçıya məxsus sahəsinə dəyimiş zərər “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 60 manat pul köçürülmüşdür. İddia təmin edildiyinə görə cavabdehdən 60 manat pul alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurduğu zərərə görə 337.50 (üç yüz otuz yeddi manat əlli qəpik) manat, mütəxəssis rəy üçün ödənilmiş 60 (altmış) manat və dövlət rüsümüna görə odənilmiş 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2136/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2136/2023
29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver