Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2142/2023 27.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakini Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 cavabdehlər Beyləqan rayon * saylı Notariat Ofisinə və Bank "BTB” ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 cavabdehlər Beyləqan rayon * saylı Notariat Ofisinə və Bank "BTB” ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi dair Beyləqan rayon məhkəməsində iddia qaldırmışlar. Hazırki məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 hər biri vergi ödəyicisidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışlardan görünür ki, iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası Vergilər Nazirliyində rəsmi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçmişlər. İddaçı və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə araşdırması zamanı iş üzrə iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və hazırkı iddialarının onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı*, İddiaçı2 və İddiaçı3 cavabdehlər Beyləqan rayon * saylı Notariat Ofisinə və Bank "BTB” ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair mülki işin baxılması kommersiya məhkəməsinə aid olduğundan mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 26.*-ci maddəsinə görə sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda , bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 3*.*-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə isə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin Məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir . Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu məcəllənin 2*-ci fəslinin qaydalarına uyğün olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardaddın alındığı (verildiyi) andan *0 gün ərzində şikayət verilə bilər, məcəllənin 45.3-cü maddəsinə görə isə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə isə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 cavabdehlər Beyləqan rayon * saylı Notariat Ofisinə və Bank "BTB” ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 3*,44-45 və 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 cavabdehlər Beyləqan rayon * saylı Notariat Ofisinə və Bank "BTB” ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti rəsmi qaydad verildikdən sonra *0 (on) gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2142/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2142/2023
27.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver