Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2144/2023 26.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3510 (üçmin beşyüz on) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək epileptik tutmaları olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, xəstəliyi və əlilliyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizəsinin onunla əsaslandırmışdır ki, əvvəllər tanış, dost olduğu şəxs Cavabdeh xx.xx.2023 tarixdə yaşadığı ünvana gələrək könüllü iltizam tərtib edərək ondan 4600 manat pul götürmüşdür. Pulu ondan götürərkən İrandan 8-ci km bazarına satış üçün ayaqqabı gətirəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023 tarixdə ona zəng edərək yer pulu icarə haqqını vermək üçün onun leobank kartına 1050 manat göndərməsini də xahiş etmişdir. O, da həmin 1050 manat pulu cavabdehin adına olan leobank kartına köçürmüşdür. Cavabdeh borc pulu ondan götürərkən könüllü iltizam tərtib edərək 1 ay içində borcunu geri qaytarmağı öhdəliyə götürmüşdür. Cavabdeh ümumilikdə ondan götürdüyü 5650 manat borc puldan, 2140 manat pulu qaytarmışdır. Cavabdehin qaytarmadığı borcu 3510 manatdır. O, zəng edərək pulunu geri qaytarmağı tələb edərkən, cavabdeh hazırda bazarda polkasının işlədiyini və özü gecə qaravulçusu işlədiyini deyərək pulunu tez bir zamanda geri qaytaracağını bildirmişdir. Lakin faktiki olaraq vaxtı uzadır, hər dəfə fərqli bəhanələrlə pulunu geri qaytarmamışdır. Cavabdeh ondan pulu aldığı vaxtda, pulu tez bir zamanda geri qaytarmağı öhdəliyinə götürmüş lakin öhdəliyini lazımi qaydada icra etməmişdir. Hüquqi savadı yoxdur. İ Qarabağ müharibəsi iştirakçısıdır, məcburi köçkün və əlildir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək İddiaçı iki dəfə 5650 manat borc pul götürdüyünü, götürdüyü puldan 2140 manat qaytardığını, xəstə olduğu üçün qalan borcunu qaytara bilmədiyini, hazırda İddiaçı 3510 manat borcu olduğuni bildirmiş və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı və cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982ci ildə anadan olmuş, Beyləqan rayonunun İİ Aşıqlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iltizamdan görünürki, Beyləqan rayonunun İİ Aşıqlı kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2023-cü il tarixdə tanışı İddiaçı yaşadığı ünvandan 4600 manat pul götürmüş, götürdüyü pulu 1 ay sonra bütövlükdə qaytaracağını öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə edilmiş çekdən görünür ki, 25.06. 2023 cü il tarixdə Cavabdeh adına 1.050.00 manat pul göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3510 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilmiş, o, məhkəməyə göndərdiyi teleqramasında 3510 manat borclu olduğunu etiraf etmiş və həmin halı məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İşə əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. İşə əlavə edilmiş 01330 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh dövlət rüsumuna görə 55.10 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3510 (üç min beş yüz on) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavadeh Cavabdeh dövlət rüsumuna görə 55.10 (əlli beş manat on qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2144/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2144/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver