Məhkəmə qərarları › İş №2(020)-2145/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2145/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2145/2023 26.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh alimentin artırılması tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq MüəyyənEtdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 yetkinlik yaşına çatana qədər, onun xeyrinə Cavabdeh hər ay üçün 220 manat məbləğində pulun aliment olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı X2 ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə quraraq nikahlarınıxx.xx.2017-ci il tarixdə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2017-ci tarixdə X3 anadan olmuşdur. Beyləqan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)- 958/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-529/2020 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Uşağı böyüdükcə onun xərcləri artır. Cavabdehin verdiyi aliment uşaqın təlabatını ödəmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, X3 yetkinlik yaşına çatana qədər, onun xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artılırırın hər ay 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından bir uşaqları anadan olmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan ayrılmışlar. İddiaçıya bir uşaq üçün aliment ödəyir. Heç bir yerdə işləmir, əlavə gəliri yoxdur.İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Fərdi işlərlə işləməklə ailəsini şətinliklə dolandırır. Hazırda hər ay 180 manat aliment ödəməyə razıdır. Ona görə də, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Ayxan adlı bir uşaqları anadan olmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il il tarixli 2(106)-529/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 10 avqust 2017-ci il təvəllüdlü X1 14 may 2019-cu il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından bir uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda iddiaçı uşaqları ilə birlikdə yaşayır. Şirvan Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il il tarixli 2(106)-529/2020 saylı qətnaməsinə əsasən 10 avqust 2017-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alientin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları da get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik fəhləliklə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə Faiqdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay bir uşaq üçün 160 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Çünki cavabdehin aylıq qazancı barədə iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Belə olan halda iddianın tam təmin edilməsi, yəni bir uşaq üçün 220 manat aliment qət olunması və alimentin həmin miqdarda artıırılması əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstəriləni halları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin qət olunmuş məbləği artırılaraq 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan şəhəri, 20 yanvar küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il il tarixli 2(106)-529/2020 saylı qətnaməsinə əsasən 10 avqust 2017-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilən hər ay 160 (bir yüz altmış) manat alimentin miqdarı dəyişdirilərək hər ay hər 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 41.60 (qırx bir manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar