Məhkəmə qərarları › İş №2(020)-2160/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2160/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2160/2025 09.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəyə müraciət edərək cavabdeh X1 maşın üçün verdiyi 5.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh “Mersedes benz” markalı **-OH-*** dövlət nömrə nişanlı avtomobili 5.000 manat verərək almışdır. Avtomobil aldıqdan sonra bilmişdir ki, avtomobilin mühərriki başqa maşına aiddir. O, da mator nömrəsi düzgün olmadığına görə avtomobili idarə etməmiş və qaytarıb Cavabdeh vermiş və pulunu geri qaytarmasını tələb etmişdir. Cavabdeh də borcunu tezliklə ödəyəcəyinə söz vermişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh 5.000 manat pulu ona qaytarmamışdır. Bbundan sonra o, Beyləqan rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Beyləqan rayonu Polis şöbısində tədqiqat bölməsinin təhqiqatçısı araşdırma aparmışdır. Araşdırmada onların izahatları aılnmış və cavabdeh izahatında ona 5.000 manat borclu olduğunu etiraf etmişdir. Lakin mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi qərara alınmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də Cavabdeh Muradov himin Vəli oğlundan maşın üçün verdiyi 5.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı Mercedes Benz markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. Səbuhiyə avtomobilin nasaz olmaqla onluq olmadığını demişdir. Buna baxmayaraq Səbuhi bir neçə dəfə avtomobili almaq üçün onun yanına gəlmişdir. O, da avtomobil Səbuhiyə 5.000 manata satmışdır. Lakin avtomobil satarkən avtomobilin mator nömrəsinin başqa olmasını deməmişdir. Cavabdeh avtomobili ona qaytarmaq istəyir. Hazırda onun cavabdehə 5.000 manat borcu vardır. Həmin pulu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Çünki pulu öz ehtiyaclarına sərf etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarıını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Beyləqan şəhəri, A.Cavadov küçəsində yaşayan İddiaçı xx.xx.2025-ci ıl tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102-Xidməti zəng mərkəzi" sisteminə müraciət edərək xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında Emin adlı şəxsdən 5000 beş min manata Mercedes Benz markalı avtomobil aldığını avtomobili adına rəsmiləşdirən zaman avtomobilin mühərrikinin başqa maşına aid olduğu müəyyən edilmiş avtomobili qaytarmaq istədiyini pulunun geri ala bilməməsi və özünü yandıracağı barədə məlumat vermişdir. Toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 573.1-ci maddəsinə görə alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin maddəsinə görə 337.1ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında Cavabdeh 5000 beş min manata Mercedes Benz markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobili adına rəsmiləşdirən zaman avtomobilin mühərrikinin başqa maşına aid olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı avtomobili cavabdehə qaytarmış, lakin cavabdeh avtomobili geri qayıtsa da, iddiaçının verdiyi 5000 manat pulu geri qaytarmamışdır. Məhkəmə iclasında izahat verən cavabdeh hazırda iddiaçıya 5000 manat borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 70 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 70 (yetmiş) manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar