Məhkəmə qərarları › İş №2(020)-2168/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2168/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2168/2023 15.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BN-0059638-F saylı kredit müqaviləsi üzrə əsas borc 2939.69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat, faiz borcu üzrə 652.61 (altı yüz əlli iki manat altmış bir qəpik) manat, cərimə borcu 159.27 (yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat, əldən çıxmış fayda üzrə 266.78 (iki yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 4018.35 (dörd min on səkkiz manat otuz beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq BOKT İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kredit müqaviləsindən görünür ki, cavabdeh iddiaçı təşkilatla 24 ay müddətinə, illik 27% faiz olmaqla 3000 manat məbləğində evin təmiri ilə kredit rəsmiləşdirmişdir.Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, cavabdeh həmin krediti 24 ay müddətə hər ay ödəmək şərti ilə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə xx.xx.2019-cu il tarixli, BN-0059638-F saylı kredit müqaviləsi üzrə əsas borc 60.31 manat, faiz borcu üzrə 521.84 manat, cərimə borcu üzrə 20.385 manat olmaqla, cəmi 603 manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2939.69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat, faiz borcu üzrə 652.61 (altı yüz əlli iki manat altmış bir qəpik) manat, cərimə borcu 159.27 (yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat, əldən çıxmış fayda üzrə 266.78 (iki yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 4018.35 (dörd min on səkkiz manat otuz beş qəpik) manat məbləğində kredit borcu vardır.İşdə olan xx.xx.2019-cu il tarixli BN-00003259 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsinin tərəfi olmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun İcrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi qaydada icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təşkilatla borclunun zamini arasında bağlanmış xx.xx.2019-cu il tarixli BN-00003259 Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 maddəsinə müvafiq olaraq "Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar". Həmçinin, 472.2 maddəsinə müvafiq olaraq "əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır". Digər tərəfdən məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehlərə müqavilə şərtlərinin pozulması ilə bağlı 11 may 2023-cü il tarixdə bildiriş (pretenziya) göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər müqavilədən irəli gələn öhdəlikləri icra etmədiylərinə görə tərəflər arasında bağlanmış müqavilə pozulmuş hesab edilir və ona görə də iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə məhkəmədə baxılmasına zərurət yaranmır. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 62 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, BN-0059638-F saylı kredit müqaviləsi üzrə əsas borc 2939.69 (iki min doqquz yüz otuz doqquz manat altmış doqquz qəpik) manat, faiz borcu üzrə 652.61 (altı yüz əlli iki manat altmış bir qəpik) manat, cərimə borcu 159.27 (yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat, əldən çıxmış fayda üzrə 266.78 (iki yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 4018.35 (dörd min on səkkiz manat otuz beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı BOKT «İnkişaf üçün Maliyyə” MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar