Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2174/2023 04.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi- Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmiş, mübahisənin məhkəməyə qədər nizama salınması üçün müvafiq olaraq Azərbaycan Respublikası Mediasiya Orqanına müraciət etməmişdir. Qanunun tələblərinə görə iddiaçı hazırkı ərizəsi ilə bağlı Azərbaycan Respublikası Mediasiya Orqanına müraciət etməli, onun ərizəsinin təmin edilməsindən imtina edildiyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Eyni zamanda şəxsiyyət vəsiqəsinin əsli və uşaqların doğum haqqında şəhadətnaməsinin əsli və ya notariat qaydada təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə 2021-ci il iyulun 1-dən Qanun tam olaraq qüvvəyə minmiş və artıq vətəndaşlar kommersiya mübahisələri,həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.Eyni zamanda qeyd edilən qanunvericilik tələbini MPM-ində də təsbit edilməsi ilə bağlı müvafiq qanun qəbul edilmiş və cari ilin 23 iyul tarixindən qüvvəyə minmişdir. Dəyişikliyə əsasən mediasiya prosesində tərəflərin iştirakı tələb olunduğu hallarda bu tələbə riayət edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli , bu tələbə riayət olunmadıqda isə hakim iddia ərizəsini və ona və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır . Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda , həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır . Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2174/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2174/2023
04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver