Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2246/2025 03.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh 1.500 (min beş yüz) manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavadeh Cavabdeh xx.xx.2023-cü il tarixdə onun yanına gələrək qızının müalicəsi üçün təcili pula ehtiyacı olduğunu bildirmişdir. O, da cavabdehə borc olaraq 1.500 manat borc pul vermişdir. Cavabdeh isə ondan aldığı borcunu pulu tez bir müddətdə geri qaytaracağına dair söz vermişdir. Hətta cavabdeh həmin vaxt aldığı borc pula dair öz xətti ilə qəbz yazaraq, həmin qəbzi öz imzasıyla təsdiq etmişdir. Aradan xeyli vaxt keçsə də, Cavabdeh ondan aldığı borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin heç bir nəticə olmamışdır. Odur ki, Cavabdeh 1.500 ( min beş yüz) manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı 2023-cü ildə 300 manat faizə pul almış və kartını ona vermişdir. İddiaçıdan 300 manat alsa da, verdiyi qəbzdə 1500 manat aldığını qeyd etmişdir. Qəbzdəki yazılar və imza ona məxsusdur. İddiaçıya borcu yoxdur, borcunu Nurəddinə qaytararkən ondan bu barədə qəbz almamışdır. Hazırda iddiaçıya borcu qalmamışdır. İddiaçının ondan pul tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh 12 mart 2023-cü ildə İddiaçı 1.500 manat borca pul almış və qəbzi imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçıdan 1.500 manat deyil 300 manat borc almasını bildirsə də işə əlavə edilmiş borca dair qəbzdə cavabdeh öz xətti ilə yazaraq iddiaçıdan 1.500 manat borc aldığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Həmçinin cavabdeh iddiaçıdan aldığı pulu geri qaytaramasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddiaçının iddia tələbi işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Cavabdeh isə iddiaya etiraz etsə də, öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 35 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 1.500 (min beş yüz) manat alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 35 (otuz beş) manat alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2246/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2246/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver