Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-234/2024 18.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 45.000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 45.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırkı məhkəmə islasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiasını müdafiə etmiş və izahatında göstərmişdir ki, oğlu X10 xeyli vaxtdır ki, Cavabdeh yanında anbar sahəsində operator vəzifəsində çalışmışdır. Bundan istifadə edən Cavabdeh 2023cü əvvəllərində ona zəng edərək oğlu X4 onun yanında işlədiyi müddət ərzində 45.000 manat pulunu mənimsədiyini bidirmiş və pulları ödəməsini ondan tələb etmişdir. O, pulu qaytarılması üçün Cavabdeh bir neçə gün vaxt istəmişdir. Bundan sonra X14 onun yaşadığı evə gəlmiş, həmin vaxtı da Cavabdeh ona zəng edərək pulu Elşada verməsini bildirmişdir. O, da həmin vaxtı öz evində 35.000 manat pulu sayıb Cavabdeh tapşırığı əsasında Beyləqan rayon sakini, cavabdehin tanışı və dostu olan X11 vermişdir. Bundan bir neçə gün sonra isə 10.000 manat pulu Beyləqan şəhəri, RTS qəsəbəsində X6 yanında yerləşən Məhərrəm adlı şəxsin kafesində X1 və Elton adlı şəxsin yanında Cavabdeh vermişdir. O, 45.000 manat pulları verdiyi vaxtı oğlu evdə olmamış, telefonu da işləməmişdir. Pulları verdikdən sonra oğlu Ruslana Cavabdeh olan borcunu ödədiyini bildirmişdir. Ruslan ona əsəbləşərək Asəfə heç bir borcunun olmadığını və heç bir pul mənimsəmədiyini bildirmişdir. Bundan sonra Cavabdeh vermiş olduğu 45.000 manat pulunun qaytarılmasını tələb etmişdir. Asəf isə pullarını geri qaytarmaqdan imtina etmişdir. Asəf pulları qaytarmadığından o, 03 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsinə əsasən 03 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi tərəfindən izahatları alınmışdır. İzahatı alınan X2 və X14 da izahatlarında Cavabdeh pul verdiyini təsdiq etmişlər. Toplanmış materiallara əsasən 10 oktyabr 2023-cü il tarixli Raport yazılmış və 10 oktyabr 2023-cü il tarixli məktubla aparılmış aparaşdırma zamanı məsələnin mülki hüquq münasibətləri ilə bağlı olduğundan hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilməsi ona izah edilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddia əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddanı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onun VÖEN-i olmaqla sahibkardır və malların topdan satışı ilə məşğul olur. İddiaçı iddiası əsassızdır. İddiaçının oğlu X10 onun yanında işlədiyi müddətdə ondan 48.200 manat pul mənimsəmişdir. Belə ki, o, ərzaq və digər məhsulların saxlanıldığı anbarı yazılı qaydada yəni imzalı və möhürlü şəkildə iddiaçının oğlu Ruslan Quliyevə təhvil vermişdir. Ruslan Quliyevlə birgə hər ay sonunda bir dəfə olmaqla anbar qalığı və müştərilərdə olan borclar, aylıq gəlirlər və xərclər olmaqla öz aralarında hesab çəkmişlər. xx.xx.2022-ci il hesabatını xx.xx.2023-cü il tarixdə çəkərkən Ruslan ona ümumi büdcədən 48.200 manat kəm olduğunu bildirmişdir. Həmin gündən etibarən Ruslan işə gəlməmiş və hesabata aydınlıq gətirməmişdir. O, anbarın kamera görüntülərinə nəzər yetirdikdə Ruslanın bayram ərəfəsində işdə olmadıqları vaxtlarda ofisə gələrək 20.000 manat məbləğində nağd pul götürərək və fakturasız malları müştəriləri Rizvan Alıyevə göndərərək 28.200 manat məbləğində pulun mənimsədiyini bilmişdir. Kamera görüntüsü də çıxarılmışdır. O, bir neçə gün Ruslanla əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. Bundan sonra o, Ruslanın kürəkəni Eltona bu barədə məlumat vermişdir. Elton Ruslanın atası İddiaçı oğlunun hərəkətləri barədə məlumat verdikdən sonra Ruslanın ondan götürdüyü 48.200 manat puldan 10.000 manatını ödəmişlər. Həmin pul ödənilən zaman İddiaçı, onun kürəkəni Elton və Müşfiq adlı şəxs iştirak etmişlər. Qalan 35.000 manat pulu isə bir həftə ərzində ödəyəcəklərinə dair söz vermişlər. Bir həftə keçdikdən sonra ona zəng vurub qalan pulun hazır olduğunu bildirmişlər. O, Bakı şəhərində olduğuna görə tanışı X11 zəng etmiş, həmin pulu götürməyi xahiş etmişdir. Elşad iddiaçının evinə getmiş və həmin vaxt 35.000 manat pulu iddiaçının oğlu Ruslan Quliyev öz evlərində video çəkiliş apararaq, anasının, kürəkəni Eltonun və atası İddiaçı iştirakı ilə tanışı X11 vermişlər. Həmçinin bu hadisə ilə bağlı Beyləqan rayon Polis Şöbəsində 2 dəfə araşdırmalar aparılaraq izahatlar alınmışdır. Çünki o, pulunu ala qədər ərizə ilə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Yekunda iddiaçının oğlu tərəfindən onun pulu ödənildiyindən ərizəsinə əsasən həmin materialın icraatına xitam verilmişdir. O, asan imzasını həmin vaxt şirkətdə Ruslanla birlikdə işləyən Nurlana vermişdir. Nurlan da Ruslana şərait yaratmış, Ruslan onun xəbəri olmadan şirkətin ofisinə gələrək özünü işdən azad etmişdir. O, iddiaçını və oğlunu ona pul verməyə məcbur etməmişdir. İddiaçının kürəkəni Elton onunla görüşən zaman Ruslanın onun şirkətindən pul və ərzaq məlumatları mənimsəməsini özü də bilmiş və gedib iddiaçıya bu barədə məlumat vermişdir. Bundan sonra onlar ona dəymiş ziyanı könüllü olaraq ödəmişlər. O, İddiaçı pul istəməmiş, İddiaçı ona pul verməyə məcbur etməmişdir. İddiaçı oğlu barədə polisə verdiyi şikayəti geri götürməyini xahiş etmiş, pulu da könüllü olaraq İddiaçı öz istəyi ilə ona vermişdir. Odur ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, İddiaçı onun dayısıdır. Dayısı İbrahim ona Asəfə 10.000 manat pul verməli olduğunu, həmin pulu onunla birlikdə aparıb verməsini ondan xahiş etmişdir. O, dayısı ilə razılaşdıqdan sonra birlikdə Mərərəm adlı şəxsin yeməkxanasına getmişlər. Asəf pulu dayısından götürmüşdür. Həmin vaxt orada dayısı İbrahim, Asəf və Elxan olmuşdur. Dayısının Asəfə pulu nəyə görə verdiyini bilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilib şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında axşam tərəfi tanışı Cavabdeh ona zəng edərək bir nəfərdə pulu olduğunu həmin pulu ondan almasını xahiş etmişdir. O, Asəfin dediyi ünvana gedərkən orada əvvəlcədən tanıdığı İddiaçı görmüşdür. İbrahimə onu Asəfin göndərdiyini demişdir. İbrahim onu evinin həyətinə dəvət etmiş, həyətdə Eltonu görmüşdür. O, İbrahimə əgər bir narahatlıq varsa pulu götürməyəcəyini demiş, İbrahim isə heç bir narahatlıq olmadığını bildirmişdir. Sonra İbrahimin dəvəti ilə evə keçmişlər. Evdə İbrahim və arvadı ona pul verərək 35.000 manat olduğunu bildirmişdir. İbrahim pulu sayıb bu barədə Asəfə məlumat verməsini ona bildirmişdir. Həmin vaxt Ruslan da onların yanında olmuşdur. Evdən gedərkən Ruslan onu da bazarın qarşısına qədər aparmasını xahiş etmişdir. Ruslanla birlikdə gələrkən yolda Ruslan mal yazdığını, məsələnin şirkətlə bağlı olduğunu ona demişdir. Ruslanı bazarın qarşısındakı körpünün üstündə düşürmüşdür. Səhəri gün isə pulu Cavabdeh vermişdir. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilib şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, o, sahibkarlıqla məşğuldur. İşlədiyi dövrdə Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kimi tanısa da, onunla alış-veriş etməmişdir. Cavabdehə məxsus şirkətdən Ruslan işlədiyi dövrdə onunla, sonra başqa işçi ilə işləmişdir. Ruslandan mal alıb pulunu da nəğd şəkildə Ruslana vermişdir. Bir necə dəfə bazarda mal satdığından Ruslandan malı nəğd pul verib götürmüşdür. Malı almağı barədə Asəfə məlumat verməmişdir. Həmin malların sonradan onun adına borc kimi yazıldığını bilmişdir. Halbu ki, o, götürdüyü həmin malların pulunu Ruslana nağd şəkildə ödəmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, İddiaçı onun atasıdır. O, 2022-ci ilin fevral ayının 2-dən 2023-cü ilin yanvar ayının 19-na kimi cavabdeh Asəf Abdulayevin mağazasında operator işləmişdir. Mağazada satış proqramı ilə çalışmışdır. 2022-ci ilin dekabr ayının 11-nə kimi mağazada aparılan hesabatda heç bir kəmlik olmamışdır. Dekabr ayının 12-də malın qiyməti 28% aşağı düşmüşdür. Həmin vaxt Asəfin anbarda 149-150 minə qədər anbar qalığı olmuşdur. Ayın 12-də "xxxx" MMC tərəfindən malın qiymətini dəyişmişlər. Proqram elə quraşdırılmışdır ki, əgər ayın 11-də anbar qalığını dəyişmədən hesabat aparılsaydı anbar qalığı həmin məbləği göstərərdi. Ayın 12-də malın dəyərini dəyişdiklərindən ayın 11-də olan malın qiyməti 28% aşağı salınmış, anbar qalığı düşmüşdür. İşdə işlədikləri proqramda anbar qalığını seçərkən mal olduğu kimi qalırdı. Lakin dəyəri aşağı düşməli idi. Onlar buna fikir verməmişlər. Ayın axırında hesabat çəkərkən mal kəmliyinin olduğunu görüb Asəfə təxmini 48.000 manat kəmlik olduğunu bildirmişdir. Asəfin həmin gündən onun getdiyini bildirməsi əsassızdır. Belə ki, o, Asəflə birlikdə oturub kəmlikləri araşdırmışlar. Asəfə kəmliyin yaranmasını şirkətin göndərdiyi qaimə ilə başa salmışdır. Həmin qaimələrdən də məlum olmuşdur ki, ayın 11 də 90 manata yazılan mal ayın 12-də 40 manat olmuşdur. Bundan sonra Asəfin tanışı və mühasib kimi Asəfə köməklik edən Coşqun Mirzəyev komputer vasitəsi ilə onların sisteminə qoşulmuş, bütün bank ödənişlərini və rəsmi elektron qaimələri bir biri ilə üzləşdirmiş və heç bi nəticə əldə etməmişdir. O, günahkar olmadığını Asəfə sübut etdikdən sonra işdən çıxmışdır. Asəf "xxxx" MMC-nin müdiri Xəlil Bağırovla birlikdə onun yaşadığı evə gedərək atasını şirkətə aparmışlar. Atası da orada həyəcanlanmışdır. Atasının şirkətə getməsindən xəbəri olmamışdır. O, işdən çıxdıqdan sonra Bakı şəhərinə gedib taksi şirkətinə işə düzəlmişdir. Öz şəxsi işi ilə əlaqədar xalası oğlundan borc istəyərkən xalası oğlu ona atası İbrahimin ona borclu olduğunu demişdir. Bundan sonra bilmişdir ki, atası Asəfə pul vermişdir. O, atasından xahiş etmişdir ki, pulun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırsın. Onu işdən Cavabdeh çıxarmışdır və əmək kitabçasını ona verməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Beyləqan rayon Polis Şöbəsinin rəisinin adına ünvanlanmmış ərizədən görünür ki, İddiaçı oğlu X17 Abdullayevə 48.000 manat borclu olduğu barədə Cavabdeh ona bildirməsindən sonra Asəfə həmin pulu verdiyini, sonradan oğlunun Asəfə borclu olmadığını öyrəndiyini göstərmiş və həmin pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin 10 yanvar 2023-cü il tarixdə İddiaçı ünvanladığı məktubdan görünür ki, araşdırma zamanı həmin məsələnin müki hüquq münasibətləri ilə bağlı olduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Beyləqan rayon PŞ-nin rəisinə ünvanlanmmış ərizədən görünür ki, X7 əmək müqaviləsi bağlayaraq operator vəzifəsinə işə götürdüyünü, Ruslan Quliyevin onlardan ərzaq malları götürərək satdığını və həmin ərzaq mallarının pulunu təhvil vermədiyini göstərmiş və R.Quliyevin barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-in sahə rəisi X18 rayon PŞ-nin rəisinə raport yazaraq Cavabdeh izahatı alınarkən ona borcundan 45.000 manat qaytarıldığını göstərdiyinə görə materialların rayon polis şöbəsinin dəftarxanasında işə tikilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2-2(121)-83/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehlər X9 və X8 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, X5 və X3 müştərək qaydada 132067.65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərcinin və 22 manat dövlət rüsumunun alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Belə ki, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh VÖEN-i olmaqla sahibkardır və malların topdan satışı ilə məşqul olur. İddiaçı oğlu X21 Abdullayevin yanında işlədiyi müddətdə cavabdeh ərzaq və digər məhsulların saxlanıldığı anbarı yazılı qaydada yəni imzalı və möhürlü şəkildə Ruslan Quliyevə təhvil vermişdir. Sonradan araşdırma zamanı iddiaçının oğlunun anbardan nəğd pul və ərzaq malları götürməsi və bununla əlaqədar qeyd olunan borcun yaranması müəyyən edilmişdir. Cavabdeh iddiaçının oğlu Ruslan Quliyevin qohumlarına məlumat verməsi və rayon polis şöbəsinə ərizə verməsi müəyyən edilmiş və bundan sonra iddiaçı həmin məbləği cavabdehə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəssinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmədə müəyyən edildi ki, əslində iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsi üçün hüquqi əsas olmuşdur. Belə ki, İddiaçı oğlu Ruslanın cavabdehə məxsus əmlakı götürməsi və satması müəyyən olunmuş və iddiaçı həmin pulu ona görə cavabdehə vermişdir. İddiaçı cavabdehə pul verməsinə məcbur edilməmişdir. Bu məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə də təsdiq edilmişdir. Həmçinin iddiaçının oğlu Ruslanın həmin hərəkətləri etməsi cavabdehə məxsus şirkətin ofisində quraşdırılmış kamera görüntüləri ilə də öz təsdiqini tapmışdır. Hətta iddiaçının oğlu Ruslan və onunla birlikdə işləyən Nurlan həmin vaxtdan sonra da, öz hərəkətlərini davam etdirmiş və cavabdehə məxsus anbardan təhvil aldıqları 132067,65 manat məbləğində malların dəyərini qaytarmamışlar. Belə olan halda, cavabdehin iddiaçıdan pul alması əsassız varlanma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Ona görə də, iddia rədd edilməlidir. İddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 225 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 45.000 (qırx beş min) manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 225 (iki yüz iyirmi beş) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-234/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-234/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver