Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-258/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi ilə İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair işə Beyləqan şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci ildə anadan olmuş Nərmin və xx.xx.2008-ci ildə anadan olmuş Kənan adlı uşaqların saxlanması üçün ona ödənilən hər ay hər uşağa görə 120 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə Nərmin və xx.xx.2008-ci ildə Kənan adlı iki uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən 2016-cı ildə Beyləqan rayon məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuş və həmin tarixli qətnamə ilə Cavabdeh xx.xx.2007-ci ildə Nərmin və xx.xx.2008-ci ildə Kənan adlı uşaqların saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Sonradan onun iddiası əsasında Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. Hazırda uşaqları onun yanında yaşayır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Hazırki vəziyyətdə uşaqlarını saxlamaq üçün cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqları yaxşı oxuyur, onların yaxşı təhsil alması üçün maddi imkanı yoxdur. Cavabdeh isə fərdi işlərlə məşğul olmaqla yüksək gəlirinin olmasına baxmayaraq uşaqlarının saxlanması üçün heç bir əlavə köməklik göstərmir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların, yəni xx.xx.2007-ci ildə anadan olmuş Nərmin və xx.xx.2008-ci ildə anadan olmuş Kənanın saxlanılması üçün Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmədə izahat verərək göstərdi ki, İddiaçı ilə 2016-cı ildə ailə quraraq evlənmişlər. Birgə nikahlarından 27 fevral 2007-ci ildə Nərmin və 30 iyun 2008-ci ildə Kənan adlı iki uşaqları doğulmuşdur. Beyləqan rayon məhkəməsinə qətnaməsi ilə ondan hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində aliment tutularaq 27 fevral 2007-ci ildə Nərmin və 30 iyun 2008-ci ildə Kənan adlı uşaqlarının saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Sonradan iddiaçının iddiası əsasında Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır.Tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Çünki heç bir yerdə işləmir, daimi iş yeri yoxdur. Tələb olunan alimenti ödəyə bilməyəcəkdir. Hazırda qət olunmuş alimenti fəhlə işləməklə çətinliklə ödəyir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli 2(020)-2262/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat tutularaq 27 fevral 2007ci ildə Nərmin və 30 iyun 2008-ci ildə Kənanın saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından27 fevral 2007-ci ildə Nərmin və 30 iyun 2008-ci ildə Kənan adlı uşaqları doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-cu ildə anadan olmuş, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 27 fevral 2007-ci ildə Nərmin və 30 iyun 2008-ci ildə Kənan adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuş və uşaqların saxlanması üçün aliment qət edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayırlar. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya əlavə heç bir maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyyən edildi ki, İddiaçı uşaqları ilə birlikdə valideyinlərinin himayəsində yaşamaqla heç yerdə işləmir. Cavabdeh isə uşaqların saxlanması üçün maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1- ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay iki uşağa görə 240 manat həmin uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı da nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların saxlanılması üçün qət olunan 240 manat alimentin kifayət olmadığını, hazırda uşaqların saxlanılması ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Digər tərəfdən iddiaçı cavabdehin qazancının yüksək olduğunu göstərmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27 fevral 2007-ci ildə anadan olan Nərmin və 30 iyun 2008-ci ildə anadan olan Kənan adlı uşaqların saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği dəyişdirilərək hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(020)- 2262/2018 saylı qətnaməsi ilə 27 fevral 2007-ci ildə anadan olan Nərmin və 30 iyun 2008ci ildə anadan olan Kənan adlı uşaqların saxlanması üçün uşaqların anası İddiaçı ödənilən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Cavabdeh 63,80 (altmış üç manat səksən qəpik) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-258/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-258/2024
11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver