Məhkəmə qərarları › İş №2(020)-264/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-264/2024

23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-264/2024 23.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Müseyib qızının iştirakı ilə, İddiaçı Müseyib qızının Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Müseyib qızı iddiaərizəsiilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətimdə olan 2.25 ha torpaq sahəsinin 0.50 hektarından çıxarılması və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Müseyib qızı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********89 olan, xx.xx.2020-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti Beyləqan Ərazi idarəsinin Daşınmaz Əmlakın Torpaq sahəsinin Planı və ölçüsü almaqla 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Lakin həmin torpağın 0.50 hektarını cavabdeh zəbt edərək istifadə edir və ona torpaq sahəsindən istifadə etməyə imkan vermir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağından çıxmasını xahiş etsədə cavabdeh ona əhəmiyyət verməmişdir. Məcburiyyət qarşısında qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh mülkiyyətimdə olan 2.25 ha torpaq sahəsinin 0.50 hektarından çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, cavabdeh məhkəmə bildirişinə şəxsən imza etməklə bildirişi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş üzrə İddiaçı Müseyib qızının vəsatəti əsasında məhkəmənin 29 mart 2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7213 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı Müseyib qızının mülkiyyətində olan Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********89 olan, xx.xx.2020-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, 2.25 ha torpaq sahəsinin sərhədlərinin koordinatlarını müəyyən etmək üçün ölçmə işləri aparılmaqla araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, Yeni Mil kəndində (Mil təsərrüfatı) “Torpaq İslahatı” işləri aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planı əsasında bölgü layihəsində İddiaçı Müseyib qızının mülkiyyətində olan 2.25 ha torpaq sahəsinin yerləşdiyi ərazi natura ilə uyğun deyildir. Ona görə də qeyd olunan torpaq sahəsinin sərhədləri mövcud istifadə vəziyyətinə əsasən müəyyən edilmişdir. İddiaçı Müseyib qızının mülkiyyətində olan Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42 olan, xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, 2.25 ha torpaq sahəsinin ərazisi natura ilə uyğun olmadığına görə X2 Uçotu və İnformasiya Sistemində olan olçü göstəricilərinə əsasən, sərhədləri müəyyən edimiş 2.25 ha torpaq sahəsinin 0.46 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********89 olan, xx.xx.2020-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədinə” əsasən, 1.87 ha torpaq sahəsinin ərazisi natura ilə uyğun olmadığına görə X2 Uçotu və İnformasiya Sistemində olan olçü göstəricilərinə əsasən,sərhədləri müəyyən edimiş 1.87 ha torpaq sahəsinin 0.35 ha hissəsinin İddiaçı Müseyib qızı tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Cavabdeh məxsus torpaq sahəsi ilə İddiaçı Müseyib qızına məxsus torpaq sahəsinin sərhədləri sənədlər üzrə üst-üstə düşmür İddiaçı iddia ərizəsində cavabdehin ona məxsus 0,50 ha torpaq sahəsindən çıxarılmasını göstərsə də, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42 olan, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı Müseyib qızına Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində yerləşən 2.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.46 ha hissəsini zəbt etməsi iş materialları ilə və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42 olan, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı Müseyib qızının mülkiyyətinə verilmiş Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində yerləşən 2.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.46 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması qismən sübuta yetdiyindən iddia qismən təmin edilməli, torpaq sahəsinin 0.46 ha hissəsindən cavabdeh çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42 olan, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı Müseyib qızının mülkiyyətinə verilmiş Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində yerləşən 2.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.46 ha hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin və cavabdeh tərəfindən ona törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Cavabdeh alınıb İddiaçı Müseyib qızına verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar