Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-287/2025 06.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan borc aldığı ümumilikdə 3990 (üç min doqquz yüz doxsan) manat pulunun alınaraq ona verilməsi və əlavə olaraq Cavabdeh mənəvi zərərin əvəzi olaraq əlavə 350 (üç yüz əlli) manat pulun və həmçinin hazırki iddia tələbi üzrə ödədiyi 64 (altmış dörd) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, Ağsu rayonunun qışlaq sahəsində maldarlıq üzrə kiçik təsərrüfat sahibi kimi 3 (üç) baş iri-buynuzlu, 68 (altmış səkkiz) baş xırda-buynuzlu heyvan saxlayır. Bu heyvandarlıq təsərrüfatını Zərdab rayonunun Qoşaoba kənd sakini X3 adlı şəxs idarə etmişdir. Elşən gəldiyi vaxtdan az keçməmiş ona həyat yoldaşından boşandığını, münasib qadınla evlənib həmişəlik onun mal-heyvan təsərrüfatını idarə etmək istədiyini bildirmişdir. O. Elşənə evlənməyə qadın tapacağına söz vermişdir. xx.xx.2020-ci il tarixdə tanışlıqla Beyləqan şəhərində yaşayan hazırki iş üzrə Cavabdeh ilə X1 tanış etmişdir. Lakin Hicran Elşəni bəyənmədiyindən evlilik baş tutmamış və xx.xx.2020-ci il tarixində cavabdehi yola salmışlar. Cavabdeh Ağsu rayonuna gətirilib yola salınmasına görə 570 manat xərci çıxmışdır. Bu pulun 200 manatını cavabdeh ondan borc kimi almışdır. Cavabdeh yenidən onun təsərrüfatla məşğul olduğu yerə gəlmiş və o özü onun təsərrüfatını idarə etmək fikrinə düşərək bir müddət maldarlıq təssərrüfatını idarə edərək işlətmişdir. Cavabdeh əvvəldən hamilə olduğundan xx.xx.2020-ci il tarixdə övladı olmuş və o uşağın doğumunun və peyvəndlərinin xərclərini də qaytaracağı şərti ilə ondan almışdır. Nəhayət 11 sentyabr 2020-ci il tarixində cavabdehin ona 900 (doqquz yüz) manat borcu yaranmışdır. Cavabdeh onun maldarlıq təsərrüfatında işlədiyi müddətdə bir neçə dəfə ondan müxtəlif məbləğlərdə pul alaraq qeydiyyatda olduğu Beyləqan şəhərinə gedibgəlmişdir. Sonradan, yəni 04 oktyabr 2020-ci il tarixdə məlum olmuşdur ki, Cavabdeh, Zəngilan rayonu, Hacallı Ərazi Dairəsi, Şərifan kəndində qeydiyyatda olan X2 adında şəxslə tanış olub evlənmişlər. Sonra onlar birlikdə onun yanına gəlmişlər, Cavabdeh ondan 400 (dörd yüz) manat borc pul istəmişdir. O, cavabdehə 400 manat borc vermişdir. X5 Cavabdeh ayrılmışlar. Cavabdeh ondan yenə hissə-hissə cəmi 850 manatadək borc pul almışdır. Daha sonra Cavabdeh Gəncə şəhər sakini X4 onun vasitəsilə ailə qurmuş və Samir Cəfərovla birgə yanına gəlib ondan 250 manat pul almışdır. Cavabdeh ilə birgə yaşayan X4 öz xətti ilə əlyazma yazaraq hər ikisi birlikdə yanına gəlib və ondan ümumilikdə 1350 (min üç yüz əlli) manat pul və xırda-buynuzlu heyvanlar aldığını yazmışdır. Lakin Cavabdeh 1350 manat borcunu ona qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə heyvandarlıq təsərrüfatının işçisi Cavabdeh ona atasının öldüyünü və yasa getmək üçün ondan 200 manat yol pulu istəmiş, o, da həmin pulu Hicrana vermişdir. Hicran 04 noyabr 2020-ci il tarixdə yenidən gəlmiş və 30 noyabr 2020-ci il tarixdə isə yenə Beyləqana qayıtmışdır. Hicran gəlib-qayıtmaq pullarını 180 manat və 120 manat olmaqla cəmi 300 manat ondan istəmişdir. Həmin pulu da Hicrana vermişdir. 12 dekabr 2020-ci il tarixdə Cavabdeh onun evinə gəlib ondan yenidən 100 manat borc pul almışdır. xx.xx.2021-ci il tarixdə Hicranın ona ümumi borcu 3500 manat olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ehtiyacı olması səbəbindən yenidən ondan 400 manat borc almış, borcu 3900 manat olmuşdur. Cavabdeh Samir Cəfərovu yanında gətirməklə 1350 manat pulu borc alıb Samir Cəfərova vermişdir. Hicran və Samirin ona ödəyəcəkləri 1350 manat borc pul, 3900 manat ümumi borca daxildir. Bu müddətlərdə Cavabdeh Cəmaləddin, Fəzail, Sənan, Azər, Möhübbət adlı kişilərlə tanış olub həmin şəxsləri ona yönəltmişdir ki, onlar çoban kimi onun təsərrüfatını idarə etsinlər. Cavabdeh ondan hissə-hissə aldığı pulları qaytarmaq fikrində deyildir. O, xx.xx.2022-ci il tarixdə Beyləqan şəhərinə gedib onun Mirani adlı qardaşı və Nərgiz adlı bacısı ilə görüşüb bütün olanları onlara danışmış, onlar da məhkəməyə müraciət etməsini ona tövsiyyə etmişlər. Bir aydan sonra o, Cavabdeh telefonla zəng edib pulunu qaytarmasını istəmiş, Hicran yenidən gəlib onun yanında 1 il işləyib 2000 manat pulu qaytaracağına söz vermiş, Qalan 1900 manatını isə ona bağışlamağını xahiş etmişdir. 02 noyabr 2023-cü il tarixdə Cavabdeh onu kömək üçün yenidən çağırmışdır. O, borcunu Hicrandan almaq niyyəti ilə Beyləqan rayonuna getmiş, orada Hicran ondan 90 manat pulu alıb mağazaya özünün borcunu vermişdir. Cavabdeh Hicran Firəddin qızının ona ümumilikdə 3990 manat borcu yaranmışdır. Cavabdeh borcunu istəyərkən Hicran onu söyüb təhqir etmişdir. Hətta ondan polisə şikayət etmişdir. Onun həmin vaxt 270 baş heyvanı olmuş, hazırda isə 26 baş qoyunu, 3 baş inəyi və balaları qalmışdır. Cavabdeh fermaya gələndə hamilə olmuş, sonra uşağı anadan olmuş, uşağı xəstə olduğuna görə fermada yaxşı işləyə bilməmişdir. Hicrana borc verməsinə baxmayaraq bu barədə heç bir sənədi yoxdur. Ona görə də, Cavabdeh ondan borc aldığı ümumilikdə 3990 (üç min doqquz yüz doxsan) manat pulunun alınaraq ona verilməsi və əlavə olaraq Cavabdeh mənəvi zərərin əvəzi olaraq əlavə 350 (üç yüz əlli) manat pulun və həmçinin hazırki iddia tələbi üzrə ödədiyi 64 (altmış dörd) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2020-ci ildə o, hamilə olan vaxt Beyləqan rayonunun Dünyamalılar kəndində onu fermadan İddiaçı götürüb öz fermasına aparmış və vəsiqəsini ondan almışdır. O, Asifin fermasında işləmişdir. Asif onun 90 manat borcunu vermişdir. O, Asiflə ona veriləcək əmək haqqı barədə razılaşmamışdır. Uşağı anadan olandan sonra uşağının iynəsi, yeməyi və digər təlabatlarını onun fermada işləməsi qarşılığında Asif ödəmişdir. Asif onu fermaya aparandan sonra Elşən adlı şəxslə evənməyi təklif etmiş, lakin o, buna razı olmamışdır. Samiri də onun yanına Asif gətirmişdir. O, heç vaxt Asifdən pul almamış və ondan borc istəməmişdir. Onun Asifə tələb edilən məbləğdə borcu yoxdur. Asif yalandan Samirə qəbz yazdırmışdır. Samirlə ailəli olmamış, Samir onunəri deyildir. Asifdən borc almasına dair ona heç bir sənəd verməmiş və qəbzə imza etməmişdir. Asifin göstərdikləri tam böhtandır. Ora gedəndən sonra Asif müxtəlif kişiləri güya evlənmək məqsədi ilə onun yanına gətirmiş, hətta özü də ona təcavüz etmişdir. Samirin 1350 manat pul barədə verdiyi qəbzin ona heç bir aidiyyəti yoxdur. Asif ümumiyyətlə ona pul verməmişdir. Çünki onların arasında pulla bağlı razılaşma olmamışdır. Asif ona bir dəfə 90 manat, bir dəfə isə 100 manat pul vermişdir. Başqa pul verilməmişdir. Ancaq onun təlabatlarını ödəmiş, o, da həmin müqabildə Asifin fermada işlərini görmüşdür. Onun Asifə ümumiyyətlə heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilən qəbzdən görünür ki, X4 17 oktyabr 2020-ci ildə İddiaçı Əli oğlundan qoyun, 20 baş toğlu, 2 baş xırda quzu, 8 baş iri mal təhvil aldığını, 1350 pul aldığını və ayda 250 manat aylıq maaş alacağı, o, İddiaçı təsərrüfatını idarə edəcəyini, hər ay 250 manat maaşdan 100 manat pul İddiaçı qalacağını, həyat yoldaşı Cavabdeh ilə birgə işləyib ödəyəcəyini gösərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehə 3990 manat borc verməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbz Samir adlı şəxs tərəfindən yazılmışdır. Həmçinin iddiaçı cavabdehdən mənəvi zərərin əvəzi olaraq əlavə 350 (üç yüz əlli) manat pul tələb etmiş, lakin zərərin nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmədə tərəflər arasında qanunun tələblərinə uyğun olaraq borc müqaviləsinin bağlanması, iddiaçının borc olaraq cavabdehə pul verməsi öz təsdiqini tapmamışdır. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı cavabdehi öz fermasında işləmək üçün aparmış və cavabdeh fermada işlədiyi müddətdə iddiaçı onun xərclərini ödəmişdir. İddiaçının həmin xərcləri borc kimi qiymətləndirməsi əsassızdır. İddiaçının təqdim etdiyi 1350 manat pula dair qəbz Samir adlı şəxs tərəfindən verilmişdir. Həmin qəbzdə Samir iddiaçıya həmin pulu arvadı Hicranla birlikdə ödəyəcəyini qeyd etmişdir. Hicranın Samirlə ərarvad olmasını təsdiq edən heç bir sənəd işə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəm iclasında sübuta yetirə bilməmişdir. Ona görə də iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilən 64 manat dövlət rüsumu özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 64 (altmış dörd) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-287/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-287/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver