Məhkəmə qərarları › İş №2(020)-310/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-310/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-310/2025 29.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Fərəcova Cavabdeh təqsirli hərəkətləri nəticəsində ümumi dəyəri 1200 manat və 32 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Fərəcova Cavabdeh Babaşov Xəlil Rəftar oğlunun vasitəsilə tanımışdır. xx.xx.2021 tarixdə cavabdeh Fərəcova Cavabdeh ondan 3200 manat və 1600 manat iş görmək məqsədilə pul almışdır. Əlavə olaraq öz yazısı və imsası ilə aldığı məbləği təsdiq etmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh ondan aldığı pulu öz şəxsi işlərinə görə xərcləmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə boycunu qaytaracaqdı. Üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh olan borcunu tam şəkildə indiyə qədər qaytarmamışdır. Cavabdehin xx.xx.2024 cü ilə qədər 1200 manat borcu vardır. Dəfələrlə yalançı vədlər verərək ondan möhlət istəmiş və cavabdehin sözünə inanaraq məhkəməyə getməmiş və iş baxılmamış saxlanılmışdır. Cavabdeh vədinə əmək etməyərək borcunu tam şəkildə ödəmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Fərəcova Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Fərəcova Cavabdeh məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, İddiaçı olan 1200 manat borcundan 200 manatını ödədiyini, 1000 manat borcu qaldığını göstəmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Fərəcova Cavabdeh İddiaçı xx.xx.2021-ci ildə 1600 manat bir 3200 manat bir alver məqsədilə pul götürmüş, pulu mart ayının 31 (xx.xx.2021) qaytaracaqğına söz vermişdir. xx.xx.2022-ci ildə Fərəcova Cavabdeh Xalidə olan cəmi 4800 manatdan200 manat vermiş, 4600 manat qalmış, xx.xx.2022-ci ildə Cavabdeh Fərəcova Xalidin 4600 manat pupundan 400 manat qaytarmış 4200 manat qalmış, xx.xx.2022-ci ildə 200 manat qaytarmış, 3000 manat qalmış, xx.xx.2022-ci ildə 400 manat qaytarmış, 2600 manat qalmışdır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh sonra borcundan hissə-hissə qaytarmış, iddiaçıya 1200 manat borcu qaldığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci ildə iddiaçının kapital bank kartına 100 manat, PaşhaPay MMC vasitəsilə 100 manat pul köçürülmşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdehin iddiaçıya olan borcunu ödəməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıya olan 1200 manat borcundan məhkəmə gedişatında 200 manat pul ödəmiş, hazırda iddiaçıya 1000 manat borcu qalmışdır. Cavabdeh məhkəməyə göndərdiyi teleqramda da iddiaçıya 1000 manat borcunun qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Fərəcova Cavabdeh əsas borca görə 1000 (min) manat və ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar