Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-314/2025 15.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 22-ci məhəllədə yerləşən Gigiyena və Epidemiologiya İdarəsinin gözətçi otaqlarının təmiri üçün Cavabdeh verdiyi 1032 (min otuz iki) manat pulun və dövlət rüsumu kimi ödədiyi 30,32 manat, cəmi 1062,32 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 22-ci məhəllədə Kəlbəcər rayonundan məcburi köçkün Həsənov Babaş Lətif oğlunun məskunlaşdığı Gigiyena və Epidemiologiya idarəsinin gözətçi otaqlarının təmiri ilə bağlı Cavabdeh ilə aralarında xx.xx.2024-cü ildə Akt tərtib olunmuşdur. Akt əsasında Niyaməddinə 2100 (iki min yüz) manat, aktdan əlavə 150 manat avans, 200 manat isə ödəmə terminalından kartına pul köçürmüşdür. Ümumilikdə Niyaməddinə 2450 manat pul vermişdir. Niyaməddinin gördüyü işlər və xərclər 107 kv.m çöl divarın və 104kv.m daxili divarların suvanması, 52.2 kv.m hörgü 996 manat, yerə beton verilməsi 122 manat və söküntü işlərinə 300 manat, cəmi 1418 manat xərclənmişdir. Bu xırda para işləri gördükdən sonra Niyaməddin digər işlərin görülməsi üçün başqa usta gətirmək adıyla işi görməkdən boyun qaçıraraq aradan çıxmışdır. Divara qara suvaq vurduqdan sonra ağlama işlərini edə bilməmişdir. Tavana alçıpanı dəmir məftilin üzəinə qoyaraq vurmaq istəmişdir. Belə halda da alçıpanlar yerə düşərək zay olmuşdur. Niyaməddin ona ödədiyi 2450 manatlıq görəcəyi işin əvəzinə 1418 manatlıq iş görərək işini tam axıra çatdırmadan getmişdir. Onunla işini başa çatdırması üçün cəhdləri heç bir nəticə verməmişdir. Niyaməddinin bu əməli ilə bağlı Sumqayıt Polis İdarəsinə şikayət etmişdir. Lakin idarənin təhqiqatçısı tərəfindən qərar qəbul edilərək iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda həmin otaqlar başqa ustalar tərəfindən tam təmir edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, öz izahatında göstərmişdir ki, onun heç kimə borcu yoxdur, gördüyü işin müqabilində iddiaçı ona hissəhissə pul vermiş və iddiaçının ona gördüyü təmir işlərinə görə hələ ödənilməmiş 1400 manat məbləğində borcu qalmışdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Quliyev Niyaməddin və İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Mən X1 qaçqını Həsənov Babaşın evini təmir məqsədi ilə İddiaçı xx.xx.2024-cü il tarixdə 2100 manat alıb, təmirlə məşğul olmuşam. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Sumqayıt şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 26-cı məhəllədə ev təmiri məqsədi ilə Kotec qəsəbəsində yaşayan özünü usta kimi təqdim edən X4 tərəfindən dələduzluğa məruz qaldığını, belə ki, ona ev təmiri məqsədilə xx.xx.2024-cü il tarixdə aktla 2100 manat, xx.xx.2024-cü il tarixdə isə 200 manat və avans kimi 150 manat pul verməklə ümumilikdə 2450 manat pul verdiyini Niyaməddinin yarıtmaz fəaliyyətini görüb, ondan iş tələb etdiyini özü ilə peşekar usta gətirmək bəhanəsi ilə aradan çıxmaqla ona qarşı dələduzluq etdiyini bildirmiş və AR CPMnin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə işin təsvir edilmiş mübahisəsiz hallarını və Mülki Məcəllənin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Eyni Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında evin təmiri əlaqədar razılaşma əldə olunmuşdur. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək, gördüyü işlərdən əlavə cavabdehin görmədiyi işlərə görə də ona pul verdiyini bildirərək, vermiş olduğu 1032 manat məbləğində pul vəsaitini tələb etmiş olsa da, iddia tələbinin əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdehə 2100 manat məbləğində pul vəsaiti verdiyi müəyyən edilmiş olsa da, lakin iş materialları ilə cavabdehin həmin pulun müqabilində hansı işlərin görüb-görməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı isə məhkəmə iclasında qeyd etmişdir ki, həmin otaqlar başqa ustalar tərəfindən artıq təmir edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-314/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-314/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver