Məhkəmə qərarları › İş №2(020)-322/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-322/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-322/2024 21.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1878 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-6336/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh, İddiaçı və X1 1527.25 manat əsas kredit borcu, 6.93 manat faiz borcu olmaqla, cəmi 1534.18 manat kredit borcu və 35.75 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Respublika ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh ilə bank arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. O, həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin qismində çıxış etmişdir. Borclu öz öhdəliyini yerinə yetirməmiş və nəticədə zamin olaraq 1878 manat həcmində ödənişi özü ödəmişdir. Hazırda isə həmin pulun borcludan tutulub ona ödənilməsinə zərurət meydana gəlmişdir. O, cavabdehin bibisi ilə bir yerdə işləmiş, ona görə cavabdehə zamin durmuşdur. Odur ki, Cavabdeh zamin kimi ödədiyi 1878 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan telefonqramadan görünür ki, Cavabdeh istifadəsində olan 077 322-42-52 telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh məhkəmə iclası barədə məlumatlı olduğunu, məhkəmə bildirişini aldığını, Bakı şəhərində olduğundan məhkəmə iclasına gələ bilmədiyini, iddianı qəbul etdiyini və iddiaçıya olan borcunu gələcəkdə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-6336/2021 saylı qətnaməsindəngörünür ki, Cavabdeh, İddiaçı və X1 1527.25 manat əsas kredit borcu, 6.93 manat faiz borcu olmaqla, cəmi 1534.18 manat kredit borcu və 35.75 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Respublika ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-in 26 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə "xxxx" ASC-in “Memar Əcəmi” filialı arasında “21” may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanaraq “21” may 2019-cu il tarixli 019CASA191410004 saylı kredit müqaviləsinə əsasən 1527.25 manat məbləğində kreditə zamin götürülmüşdür. “İddiaçı "Bank Respublika” ASC-nin “Memar Əcəmi” filialı qarşısında yuxarıda qeyd olunan müqavilə üzrə heç bir öhdəliyi yoxdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 may 2019-cu il tarixli 019CASA191410004 saylı Güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 1 % olmaqla 1527.25 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh verilmiş 1527.25 manat məbləğində kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün zamin İddiaçı və X2 məsuliyyəti öz üzərinə götürmüşlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-6336/2021 saylı qətnaməsinə əsasən Cavabdeh, İddiaçı və X1 1527.25 manat əsas kredit borcu, 6.93 manat faiz borcu olmaqla, cəmi 1534.18 manat kredit borcu və 35.75 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Respublika ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı banka olan 1527.25 manat əsas kredit borcu, 6.93 manat faiz borcu olmaqla, cəmi 1534.18 manat kredit borcu və 35.75 manat dövlət rüsumunu ödəmişdir. İddaçı iddia ərazisində banka 1878 manat ödədiyini göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən cəmi 1 569,93 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1569,93 manat borc, ödənilmiş dövlət rüsumuna görə 35,45 (otuz beş manat qırx beş qəpik) manat alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 3.55 (üç manat əlli beş) manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar