Məhkəmə qərarları › İş №2(020)-33/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-33/2024

04.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-33/2024 04.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdehlər- Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 2.4967 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xüsusi mülkiyyətində olan 2.4967 hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, 2.4967 hektar pay torpaq sahəsinin ona təhvil verilməsi və cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 2.4967 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyri-qanuni olaraq onun xüsusi mülkiyyətində olan 2.4967 hektar pay torpaq sahəsini özbaşına zəbt edərək həmin torpaq sahəsində əkin işləri aparmaqla yüksək gəlir əldə edirlər. O, cavabdehlərə dəfələrlə qeyri-qanuni zəbt etdikləri torpağından çıxmalarını xahiş etsədə onlar əhəmiyyət verməmişlər. Məcburiyyət qarşısında qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xüsusi mülkiyyətində olan 2.4967 hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, 2.4967 hektar pay torpaq sahəsinin ona təhvil verilməsi və cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəmə iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının topraq sahəsini zəbt etməmişdir. Həyətyanı torpaq sahəsi sənədlə ona məxsusdur.Torpağa dair çıxarışı vardır. İddiaçının torpaq sahəsinin 0,9 ha hissəsi ilə onun torpağı qonşu torpaqlardır. O, öz torpaq sahəsindən istifadə edir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verərək Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onlara məxsusdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində 2.4967 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İş üzrə iддиачы İddiaçı vəsatəti əsasında məhkəmənin 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4070 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********05 olan, qeydiyyat tarixi xx.xx.2021 -ci il olan çıxarışa əsasən, X1 və ailə üzvlərinə məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 1.2037 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********06 olan, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən, X1 və ailə üzvlərinə məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 5.9837 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, qeydiyyat tarixi 31,05.2023-cü il olan çıxarışa əsasən, İddiaçı məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 2.4967 ha ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zamanı müəyyən edildi ki, qeyd edilən 2.4967 ha torpaq sahəsinə dair tərtib edilən torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud deyildir. Eyni zamanda qeyd edilən torpaq sahəsinə dair məlumatlar “Torpaq İslahatı” aparılan zamanı tərtib olunmuş Kompleks yerquruluşü planında və X2 X3 (TEKUİS-də) qeyd edilməmişdir. Həmin Çıxarışın verilməsinə əsas olan İddiaçı və ailə üzvlərinə məxsus “Torpağa mülkiyyət hüququna dair “ JN-422 saylı Dövlət aktında qeyd edilən plana əsasən mülkiyyətə verilmiş 2.4967 ha torpaq sahəsinin yerləşdiyi ərazi və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair “ JN-422 saylı Dövlət aktında qeyd edilən plana əsasən mülkiyyətə verilmiş 2.4967 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin ərazisi naturada həmin ərazidən çəkilmiş kollektorun ərazisi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********05 olan, qeydiyyat tarixi xx.xx.2021 -ci il olan çıxarışa əsasən, X1 və ailə üzvlərinə məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 1.2037 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********06 olan, qeydiyyat tarixi xx.xx.2021 -ci il olan çıxarışa əsasən, X1 və ailə üzvlərinə məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 5.9837 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdehlər X4 və Cavabdeh1 Əbülfət oğlu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, qeydiyyat tarixi 31,05.2023-cü il olan çıxarışa əsasən İddiaçı Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 2,4967 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.04 ha hissəsi (həmin ərazidən çəkilmiş kollektorun ərazisində əsassız köməkçi tikililər inşa edilməklə ) istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********05 olan, qeydiyyat tarixi xx.xx.2021 -ci il olan çıxarışa əsasən, X1 və ailə üzvlərinə məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 1.2037 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********06 olan, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən X1 və ailə üzvlərinə məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 5.9837 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, qeydiyyat tarixi 31,05.2023-cü il olan çıxarışa əsasən, İddiaçı məxsus Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 2.4967 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi sənədlər üzrə üst-üstə düşmür. İddiaçı məxsus 2.4967 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin ərazisi naturada həmin ərazidən çəkilmiş kollektorun ərazisi ilə üst- üstə düşür. İddiaçı iddia ərizəsində cavabdehlərin ona məxsus 2.4967 ha torpaq sahəsindən çıxarılmasını göstərsə də, cavabdehlər X4 və Cavabdeh1 Əbülfət oğlu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, qeydiyyat tarixi 31,05.2023-cü il olan çıxarışa əsasən İddiaçı Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yerləşən 2,4967 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.04 ha hissəsini zəbt etmələri iş materialları ilə və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, qeydiyyat tarixi 31,05.2023-cü il olan çıxarışa əsasən İddiaçı Beyləqan rayonunun Şərq qəsəbəsində verilmiş 2,4967 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.04 ha hissəsindən cavabdehlər X4 və Cavabdeh1 Əbülfət oğlu çıxarılmalıdırlar. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Аvropa Коnvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Аzərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Аzərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası Тоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə тоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Аzərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması qismən sübuta yetdiyindən iddia qismən təmin edilməli, torpaq sahəsinin 0.04 ha hissəsindən cavabdehlər çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər X4 və Cavabdeh1 Əbülfət oğlundan müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İddia qismən təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh1 Əbülfət oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı nömrəsi ********** olan, reyestr nömrəsi **********69 olan, qeydiyyat tarixi 31,05.2023-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən 2,4967 ha torpaq sahəsinin 0.04 ha hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin və cavabdehlər tərəfindən ona törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər X4 və Cavabdeh1 Əbülfət oğlundan müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar