Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-34/2025 12.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, reyestr nömrəsi **********31 olan, 27 oktyabr 2015-ci il tarixli Çıxarışla mülkiyyətində olan 3.5710 ha torpaq sahəsinin 2.50 ha torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayonu Şərq qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, reyestr nömrəsi **********31 olan, 27 oktyabr 2015-ci il tarixli Çıxarışla mülkiyyətinə 3.5710 ha torpaq sahəsi verilmişdir. Lakin cavabdeh həmin torpağın bir hissəsini zəbt etmiş və hazırda da istifadə edir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də heç bir nəticə əldə edə bilməmiş və ona məhkəməyə müraciət etmək tövsüyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, reyestr nömrəsi **********31 olan, 27 oktyabr 2015-ci il tarixli Çıxarışla mülkiyyətində olan 3.5710 ha torpaq sahəsinin 2.50 ha torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, sözügedən torpaq sahəsini 2019cu ildə almışdır. Həmin vaxtdan qeyd olunan torpaqdan istifadə edir. O, qonşu sərhəddini pozmamışdır. Torpağı necə almışdırsa elə də istifadə edir. O, torpaq sahəsini iddiaçıdan sonra almışdır. O, öz torpağını istəyir. Artıq torpaq tələb etmir. Ekspertiza rəyindən görünür ki, onun torpaq sahəsində az miqdarda artıq yer vardır. Ona görə də qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, reyestr nömrəsi **********31 olan, 27 oktyabr 2015-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə 3.5710 ha torpaq sahəsi verilmişdir. Həmin iş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli 10/454 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu məlumatları əsasında İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya nömrəsi RX 0744610, reyestr nömrəsi **********931 , qeydiyyat nömrəsi ********** olan, 27 oktyabr 2015-ci il tarixli çıxarışla mülkiyyətə verilmiş 3.5710 torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda İddiaçı faktiki istifadəsində olan 3.4144 ha torpaq sahəsinin də ərazisi müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Həmin elektron kadastr uçotu məlumatları əsasında Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən daşınmaz əmlakın Dövlət reyestrindən, qeydiyyat nömrəsi **********, 14 avqust 2019-cu il tarixli çıxarışla mülkiyyətə verilmiş, reyestr nömrəsi **********38 olan 3.8179 torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh faktiki istifadəsində olan 4.2267 ha torpaq sahəsinin də ərazisi müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu məlumatları əsasında iddiaçıya məxsus 3.5710 ha torpaq sahəsinin 1.7140 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Torpaqların elektron kadastr uçotu məlumatları əsasında İddiaçı məxsus 3.5710 ha torpaq sahəsi ilə Cavabdeh məxsus 3.8179 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı iddia ərizəsində cavabdehin ona məxsus 3.5710 ha torpaq sahəsinin 2.50 ha hissəsindən çıxarılmasını göstərsə də, Cavabdeh 1.7140 ha torpaq sahəsini zəbt etməsi iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya nömrəsi RX 0744610, reyestr nömrəsi **********931, qeydiyyat nömrəsi ********** olan, 27 oktyabr 2015-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətə verilmiş 3.5710 torpaq sahəsinin 1.7140 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Аvropa Коnvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Аzərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Аzərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası Тоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə тоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Аzərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya nömrəsi RX 0744610, reyestr nömrəsi **********931, qeydiyyat nömrəsi ********** olan, 27 oktyabr 2015-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətə verilmiş 3.5710 torpaq sahəsinin 1.7140 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. Həmçinindövlət rüsumuna görə 100 manat dövlət büdcəsinə köçürülmüşdür. İddiaçının iddiası qismən təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat pulun 50 (əlli) manatı və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun 50 (əlli) manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya nömrəsi RX 0744610, reyestr nömrəsi **********931, qeydiyyat nömrəsi ********** olan, 27 oktyabr 2015-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətə verilmiş 3.5710 torpaq sahəsinin 1.7140 ha hissəsindən çıxarılsın və cavabdeh tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat pulun 50 (əlli) manatı və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun 50 (əlli) manatı Cavabdeh alınıb İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilən 50 (əlli) manat və mütəxəssis rəyinin dəyərini təşkil edən 50 (əlli) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-34/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-34/2025
12.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver